Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Qardaş və dost Türkiyədə keçirilən həm prezident, həm də parlament seçkilərinə böyük, izdihamlı qatılım var. Səhər 8-ə qalmış seçki məntəqələrinə getdik və açılışında iştirak etmək üçün getdiyimiz seçki məntəqələri, hələ qutular açılmadan seçiçilərlə doluydu.
Seçki məntəqələrində insan seli var idi. Hətta bizdə belə bir təsəvvür yarandı ki, bəlkə də günortaya qədər artıq tam iştirak bitər. Mən hər halda İstanbulda gördüklərimizə əsasən belə söyləyirəm, başqa yerlər barədə deyə bilmərəm.
Bunu Etikxeber.az-a açıqlamasında Türkiyədə keçirilən seçkiləri müşahidə edən Azərbaycanlı millət vəkili Jalə Əliyeva dilə gətirib.
Qeyd edib ki, seçki məntəqələrində Türkiyənin bütün siyasi partiyalarından müşahidəçilər var.

“Hər şey rahat, problemsiz şəkildə gedir. Hər kəs rahat bir şəkildə seçki qutusuna yaxınlaşır və səsini verir. Seçkiləri izlənimiz, müşahidəmiz davam edir, başqa seçki məntəqələrinə gedirik. Yəni, ilkin müşahidəmiz, qənaətimiz odur ki, seçkilərə böyük qatılım var. İnsanlar öz qəlblərinin hökmü ilə, istəyərəkdən seçki məntəqələrinə axın edirlər. Hətta körpəsi ilə, qundaqda uşaqla səsverməyə gələn ata-ana da var. Əlil arabası ilə səsverməyə gələnlər var. Səsverməyə gələnlər arasında yaşlı insanlar daha çoxdur…”-deyə, millət vəkili sözlərinə əlavə edib.
10:17
***
FOTOLAR:








10:29
***
“Bu gün səhər 7.30-dan etibarən Türkiyədə keçirilməkdə olan Prezident və Parlament seçkilərini izləmək üçün Milli Məclisin deputat heyəti və MSK üzvləri ilə birlikdə İstanbulun müxtəlif məntəqələrində olduq. Səsvermənin başlanması prosesini və ilk qatılımı izlədik. Çox izdihamlı bir qatılım var. Səsvermə növbəsi küçəyə qədər daşır. Hətta bizdə elə təsəvvür yarandı ki, belə getsə bəlkə də səsvermə günortaya qədər bitər. Vətəndaş çox rahat, sərbəst bir şəkildə səsvermə prosesində iştirak edir. İştirakçıların arasında çox sayda gənc, orta yaşlılar, ihtiyar yaşda olanlar, əlil arabası ilə gələnlər, hətta qucağında 40 günlük körpəsiylə ailəlikcə səs verənlər var. Seçki və nəticələri Türkiyəmiz üçün xeyirlərə vəsilə olsun, inşallah!”
Bunları isə millət vəkili öz sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





