“Türkiyəni zəifləmiş, parçalanmış görmək istəyənlərin arzuları gözlərində qalacaq” – DEPUTAT

“Anti-türk və anti-Türkiyə qüvvələri yenidən fəallaşmaqda, azğınlaşmaqda, dost və qardaş ölkəyə qarşı təhlükəli və qorxulu ssenarilərə start verməkdədirlər. Məhz həmin qüvvələr tərəfindən son 10 günün içində qardaş ölkədə daldabadal 3 terrakt törədilib-əvvəl İstanbulda, sonra Kayserirdə, cəmi bir neçə saat öncə isə Ankarada qanlı olay düzənlənib. Ankara baş verən qanlı hadisə-Rusiyanın Türkiyədəki böyükelçisi Karlovun qətli isə daha məkrli, daha amansız və daha uzağagedən “planlar”dan xəbər verir”.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, bu, adi bir cinayətkarın, terrorçunun həyata keçirdiyi qanlı qətliam-qətl hadisəsi deyil və sayıla bilməz, bunun arxasında çox məkrli qüvvələr və onların Türkiyəni xaosa sürükləyəcək, 3-cü dünya dövlətləri səviyyəsinə endirəcək, onu hətta, bir dövlət kimi laxladıb zəidlədəcək  qanlı oyunları dayanır.

“Burada əsas məqsədlərdən biri də məlum təyyarə hadisəsindən-qalmaqalından sonra gərginləşən, lakin son aylar yenidən əvvəlki məcrasına qaytarılan, normallaşan Türkiy-Rusiya münasibətlərinə ciddi zərbə vurmaqdır. Ancaq inanıram və qəti əminəm ki, Rusiya dövləti və onun hakim dairələri məkrli qüvvələrin bu oyununa aldanmayacaq, əksinə, Türkiyə ilə münasibətlərin, əməkdaşlığın daha da sıxlaşdırılmasına üstünlük verəcəklər. Eyni zamanda, hər iki  dövlət bu əməkdaşlıqdan ciddi əndişə keçirənlərin qarşısında dimdik dayanaraq, onlara layiq olduqları cavablarını birlikdə verəcəklər.

Qoy Türkiyənin düşmənləri, anti-Türkiyə dairələri də əmin olsunlar ki, onların bu qanlı ssenariləri, təhdid və təzyiqləri Türkiyəni zəiflətməyəcək, əksinə, onu  daha da  məninləşdirəcək, düşmənlərə qarşı daha güclü daha monolit və səfərbər edəcək. Bir sözlə, Türkiyəni zəifləmiş, parçalanmış, bölünmüş görmək istəyənlərin xam xəyalları, arzuları birdəfəlik ürəklərində-gözlərində qalacaq“-deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az 

Read Previous

Rusiya səfirini itirsə də, olay sanki Kremlin işinə yarayacaq – POLİTOLOQ

Read Next

Əliyev Putinə başsağlığı verdi:”Bu qanlı terror cinayətini qeyd-şərtsiz pisləyirik”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir