Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İnanıram ki, bir gün gələcək Türkiyənin Qətərdə olduğu kimi Azərbaycanda da iki hərbi bazası – Naxçıvanda və Abşeronda mövcud olacaq.
Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Qətər əmiri ölkəsini açıq və gizli düşmənlərdən qorumaq üçün Türkiyədən ikinci hərbi bazasını yaratmağı xahiş etdi. Türkiyə Qətərdən əvvəl Azərbaycanın strateji müttəfiqidir.
Azərbaycan Ermənistanla bacara bilər. Ancaq tək Ermənistanla iş bitmir ki. İnanıram ki, bir gün gələcək Türkiyənin Qətərdə olduğu kimi Azərbaycanda da iki hərbi bazası – Naxçıvanda və Abşeronda mövcud olacaq”-deyən politoloq iddia edib ki, başqa alternativimiz yoxdur.
“Haqqında çox danışdığımız arxa cəbhədən arxayın olmalıyıq…”-deyə, o, sözlərinə əlavə edib.
Etikxeber.az