Türkiyənin bunun da öhdəsindən gələcək – KOMİTƏ SƏDRİ

Eldar İbrahimov: “Kimsənin “Zeytun budağı”na görə Türkiyəni qınamaq haqqı yoxdur”

“Qardaş və dost dövlət Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyatı həm gözlənilən, həm də qaçılmaz idi”.

Etikxeber.Az Oxu.Az-a istinadən xəbər verirb ki, bunu Milli Məclisin (MM) komitə sədri, professor Eldar İbrahimov deyib. O, qeyd edib ki, cünki qardaş ölkə öz sərhədlərinin toxunulmazlığının, ərazi bütövlüyünün təhdid edilməsinə, o cümlədən, məlum böyük güclərin əli ilə sərhədləri yanında terrorçuların separatçı, terrorçi bir dövlət yaratmasına nə dözə, nə də göz yuma bilərdi:

“Təbii ki, qardaş Türkiyə də nə buna dözdü, nə göz yumdu. Xəbərdarlığını etdi, haqlı qərarını verdi və məlum əməliyyatını başlatdı, hazırda da “Zeytun budağı”nı uğurla davam etdirməkdədir”.

eldar-2

E. İbrahimovun sözlərinə görə, heç kim də Türkiyəni bu məsələdə qınaya bilməz. “Hamımız, bütün dünya terrordan əziyyət çəkirik. Özü də təkcə Türkiyə yox, Belçika, Fransa, Niderland, Böyük Britaniya, Almanya, Orta və Yaxın Şərq ölkələri, o cümlədən Azərbaycan da terrordan əziyyət çəkən ölkələrdir. Terror, terrorçular nə deməkdir, bunu bizdən yaxşı bilən və təsəvvür edən olmaz. Azərbaycan artıq 30 ildir işğalçı və təcavüzkar Ermənistanın dövlət siyasəti səviyyəsində həyata keçirdiyi terrorizmlə üzbəüzdür. Ümumiyyətlə, bu gün terror yerləşdiyimiz coğrafiyanın, bütövlükdə Avropanın, dünyanın bədəninə girmiş sanki bir xərçəng xəstəliyidir” – deyən komitə sədrinin sonra bildirdiyinə görə, bu gün artıq bir ölkə-qardaş Türkiyə bu xəstəliyin qarşısını almaq məqsədilə əlindən gələni edir, insan hüquqları üçün normal mühit yaratmağa çalışır, ancaq çox təəssüflər olsun ki, bəzi dövlətlər, bəzi beynəlxalq qurumlar haqsızcasına Türkiyənin bu addımını müzakirə edir, onu işğalda və ya daxili işlərə müdaxilədə qınayırlar:

880afrin

“Bu, çox haqsız və ədalətsiz yanaşmadır. Buna birmənalı son qoyulmalıdır. Bu nə işğal, nə də müdaxilədir. Bu terrora, xərçəngə qarşı hərbi əməliyyatlardır. İki istiqamətdə müdafiədir. Beynəlxalq səviyyədə tanınan İŞİD və PKK, PYD/YPG kimi terror təşkilatlarına qarşı mübarizədir. Bu terror təşkilatları, bəşəriyyət, Avropa və insanlar üçün təhlükəlidir. Türkiyə bu xərçəngə yoluxmuş əraziləri təmizləməyi, beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş şərait yaratmaq üçün bu əməliyyatları başlamağı qərar alıb”. E. İbrahimov həmçinin bildirib ki, bu, beynəlxalq ictimaiyyətə xüsusi ismarıcdır:

afrin-7

“Türkiyə bəzi ölkələr kimi başqalarının ərazilərini işğal etmək istəmədiyini bəyan edib. BMT və ABŞ-ı məlumatlandırıb ki, beynəlxalq səviyyədə tanınmış terror təşkilatlarına dörd min yük maşını yardım göndərmək regionda böhran vəziyyəti yarada bilər. Yəni, Türkiyə beynəlxalq qurumları məlumatlandırsa da, təəssüf ki, heç bir təşkilat buna məhəl qoymayıb. İndi Türkiyə bizim, övladlarımızın, Bakı, London, Berlin, Madrid  və digər şəhərlərin təhlükəsizliyi üçün bu əməliyyatlara başlayanda bəziləri çox qərəzkarcasına və ədalətsizçəsinə iddia edir ki, bu, daxili işlərə müdaxilədir. Xeyr, bu, müdaxilə deyil. Türkiyəni bu məsələdə qınamaq yox, ona dəstək vermək lazımdır. Düzdür, Türkiyənin əslində kimsənin dəstətyinə ehtiyacı yoxdur, amma bu dəstək hər tərəfdən verilməlidir. Çünki bu, terrorla mübarizənin yeganə yoludur. Ümid edirik və inanırıq ki, çox qıza zamanda da  Türkiyə bunun öhdəsindən gələ biləcək, terrorçulara gərəkən cavabı həmişəki kimi verəcək. Kimsənin buna şübhəsi olmasın. Bir dost və qardaş ölkə olaraq da Azərbaycan daim Türkiyənin, Türk xalqının yanındadır”.

Etikxeber.az

Read Previous

Bələdiyyələrlə bağlı bu qanunlara ciddi dəyişikliklər ediləcək…

Read Next

“Nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır…” – QAFAROVA AŞPA-DAN SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir