Türkiyə “dar bölgə” və ya “daraldılmış bölgə” seçim sisteminə keçə bilər…

Xəbər verildiyi kimi, 16 aprel referendumundan sonra Türkiyədə millət vəkillərinin sayı 550-dən 600-a qaldırılıb.

Bu isə seçkilərlə bağlı qanunlarda yeni dəyişikliklərin edilməsi zərurəti yaradıb.

Etikxeber.az-ın Türkiyə mediasına görə, bu məsələni AKP genəl başqanı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışlarından birində gündəmə daşıyıb.

O, deyib ki, seçki qanunvericiliyinə bu yöndə dəyişikliklər edilməsi mütləq və qaçılmazdır.

Onun sözlərinə görə, Türkiyədə artıq “dar bölgə” seçim sisteminə və ya “daraldılmış bölgə” seçim sisteminə keçidi nəzərdə tutan tələblərin, müddəaların seçki qanunvericliyində əksini tapması yolları düşünülməli və bu məsələ reallaşdırılmalıdır.

Qeyd edək ki, bu məsələ ilə bağlı ekspertlər belə iddialar səsləndirirlər ki, əgər “dar bölgə” seçim sisteminə keçilərsə, o zaman HDP-nin İstanbul və Mərsindən millət vəkili çıxarması mümkün olmayacaq.

Eyni halı MHP-də yaşaya bilər. Yəni, bu sistemə keçilərsə, MHP-nin də İstanbuldan millət vəkili çıxarması zorlaşa bilər.

Etikxeber.az

 

Read Previous

Bu gün CXP-lillər Enis Berberoğlu ilə bağlı yürüş edəcəklər – HƏBSXANAYA DOĞRU

Read Next

Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul etdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir