Türkiyə hər zaman Azərbaycanın yanındadır – BOZKIR – FOTOLAR – YENİLƏNİB

Bu gün Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Etikxeber.az xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə arasında qarşılıqlı faydalı əməkdaşlığın, xüsusilə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov iki ölkənin dünyaya nümunə sayılacaq qardaşlıq və dostluq münasibətlərindən söhbət açıb. O, münasibətlərimizin hazırkı səviyyəyə çatmasında hər iki ölkənin prezidentlərinin rolunu, onların mütəmadi qarşılıqlı səfərlərini xüsusi vurğulayıb.

mm-tbmm

mm-tbmm-1

TBMM-in Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkır da Türkiyə-Azərbaycan münasibətlərinin sürətli inkişafında qarşılıqlı səfərlərin rolunu qeyd edib. O, Azərbaycanda həyata keçirilən nəhəng layihələrdən söz açıb. Qeyd edib ki, TANAP, TAP layihələri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycanın uğurlarıdır. 2018-ci il Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bir ildir, bu il də müxtəlif tədbirlər, layihələr həyata keçiriləcək. Bozkır bir neçə gündən sonra Azərbaycanda qeyd olunacaq 20 Yanvar faciəsi barədə də danışıb. Azərbaycanın həmin faciə zamanı çoxsaylı şəhid verdiyini deyən  Bozkır azadlıq, müstəqillik yolunda canlarından keçən insanlara görə Azərbaycan xalqına başsağlığı verib. O, ölkəmizin ərazi bütövlüyünün tezliklə bərpa ediləcəyinə inandığını deyib, bu yolda Türkiyənin hər zaman Azərbaycana dəstək olacağını bildirib.

***

mm-tbmm-2

Türkiyəli parlamentarilər həmçinin, MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüblər.

MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, hər iki ölkə dostluq və qardaşlıq əlaqələrini genişləndirmək, bir millətin ümumi dəyərlərini yüksəltmək üçün fəaliyyət göstərib, göstərir və bundan sonra da göstərəcək:“Biz ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsini bir daha xatırlamalı və hər zaman bu fəlsəfə ilə yaşamalıyıq”.S. Seyidov deyib ki, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinin ölkəmizə gəlişi çox önəmlidir, həm də böyük rəmzi məna daşıyır:“Üç gündən sonra Azərbaycan tarixində baş vermiş ən qanlı hadisələrdən birini – 20 Yanvar faciəsini qeyd edəcəyik. Bu, bir faciədir, eyni zamanda, Azərbaycan tarixində şərəf səhifəsidir”.2018-ci ilin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan S. Seyidov bildirib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin, Türk İslam Ordusunun Bakını ermənilərdən azad etməsinin 100 illiyi qeyd olunacaq. Ona görə də bu il ölkəmiz üçün çox rəmzi məna daşıyır.

V. Bozkır da öz növbəsində  Azərbaycana səfərdən məmnunluq duyduğunu deyib. O, bildirib ki, Azərbaycan üçün önəmli olan hər şey Türkiyə üçün də önəmlidir: “2018-ci il Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bir ildir”. Bir neçə gündən sonra Azərbaycanda 20 Yanvar faciəsinin qeyd olunacağını vurğulayan V. Bozkır Azərbaycanın həmin faciə zamanı çoxlu sayda şəhid verdiyini bildirib: “Dünyada Azərbaycan və Türkiyə qədər şəhid verən ölkə yoxdur. Onlar azadlıq, müstəqillik yolunda canlarından keçiblər”.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi barədə də müzakirələr aparılıb, problemin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə qardaş Türkiyə dövlətinə minnətdarlıq ifadə edilib.
Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Dahiyanə bir şeirin tarixi… YAZIÇI YAZDI

Read Next

2018-ci ildə buraxılış, qəbul, magistratura və sınaq imtahanlarının vaxtı açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir