EURO-2020: Türkiyə-İtaliya: 0:3 – YENİLƏNİB – (5) – FOTOLAR

İyunun 11-də Romadakı “Olimpiko” stadionunda keçirilən Türkiyə-İtaliya oyunu ilə futbol üzrə 16-cı Avropa çempionatına start verilib.

Etikxeber.az xəbər verir ki, oyundan əvvəl təntənəli açılış mərasimi keçirilib.

A qrupunda yer alan bu komandaların qarşılaşmasını niderlandlı referi Danni Makkeli idarə edir.

Türkiyənin start heyətində Uğurcan Çakır, Zeki Çelik, Merih Demiral, Çağlar Söyüncü, Okay Yokuşlu, Ozan Tufan, Kenan Karaman, Hakan Çalhanoğlu, Yusuf Yazıcı, Umut Meraş və Burak Yılmaz yer alıb.

İtaliya millisinin start “11”də Canluici Donnarumma, Croco Kyellini, Leonardo Spinatsola, Manuel Lokatelli, Jorjinyo, Lorentso İnsinye, Domeniko Berardi, Çiro İmmobile, Nikola Barella, Leonardo Bonuççi, Alessandro Florentsi qərarlaşıb.

23:06

***

Qarşılaşmasının birinci hissəsi başa çatıb.

Birinci hissədə hesab açılmayıb-0:0.

23:49

***

Qarşılaşmanın ikinci hissəsi başlayıb.

Hesab hələlik açılmayıb-0:0.

00:05, 12 iyun

***

Qarşılaşmada hesab açılıb.

İtaliya millisi 53-cü dəqiqədə 1:0 önə çıxıb.

00:12

***

Qarşılaşmada yenə hesab dəyişib.

İtaliya millisi 66-cı dəqiqədə yenidən hesabı artırıb-2:0.

00:24

***

Qarşılaşmada hesab yenidən artıb.

İtaliya millisi 79-cu dəqiqədə 3:0 önə çıxıb.

00:39

***

Qarşılaşma bitib.

Oyun 3:0 hesabı ilə italyanların xeyrinə başa çatıb.

Etikxeber.az

Read Previous

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi-ATƏŞƏ TUTDU… – YENİLƏNİB

Read Next

“Əgər Ermənistan sülh istəyirsə, onlar delimitasiya ilə bağlı bizimlə danışıqlara başlamalıdır: Əgər onlar bunu etməsələr, peşman olacaqlar”-Prezident İtaliyanın yeni səfirinin və 10 ölkənin qeyri-rezident səfirlərinin etimadnamələrini-QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir