“Türkiyə Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər” – LAVROV

2740268 11/18/2015 Russian Foreign Affairs Minister Sergei Lavrov at a news conference on the results of his Moscow meeting with Minister of Foreign Affairs and Emigrants of Lebanon Gebran Bassil. Iliya Pitalev/Sputnik

“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər”.

Etikxeber.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Türkiyənin Dağlıq Qarabağın təcrid olunmasının aradan qaldırılmasını, regionda normal qarşılıqlı istisadi münasibətlərin bərqərar olunmasını təmin etməklə, prosesdə müsbət rol oynaya biləcəyini vacib faktor kimi hər zaman nəzərə alırıq. Ermənistan və Türkiyə əldə etdikləri razılaşmanın icrasına Dağlıq Qarabağ münaqişəsi nəzərə alınmadan qayıtsalar, çox şad olardıq. Lakin belə hiss edirik ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün Dağlıq Qarabağ münaqişəsinin həlli açar rolunu oynayır” – deyə, o, bildirib.

Etikxeber.az

Read Previous

“Dünyada “Dağlıq Qarabağ Respublikası” deyilən bir yer yoxdur” – DEPUTAT

Read Next

Hava hücumundan müdafiə hərbi hissələrində təlim-məşqlər keçirilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir