Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dualarımız Qardaş Türkiyə ilə birlikdədir.
Etikxeber.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Twitter” hesabında yazıb.
Prezidentin köməkçisi qeyd edib ki, zəlzələdə həyatını itirənlərə Uca Allahdan rəhmət diləyir:
“Başın sağ olsun, Türkiyə! Keçmiş olsun”.
***
Həmçinin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Türkiyənin İzmir şəhərində baş verən zəlzələ ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
“Türkiyənin Egey bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını diləyirəm. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Bizim qardaşlığımız əbədi və sarsılmazdır! Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”
Etikxeber.az