Türkiyədə Ərdoğanın ABŞ səfərilə bağlı “ağıl” və ya “get-getmə” dartışması…

Xəbər verildiyi kimi, dünən Cinə rəsmi səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oradan da birbaşa ABŞ-a, prezident Donald Trampla görüşə gedəcək.

Ancaq bugünlərdə ABŞ-ın terrorçu PYD-YPG-yə silah vercəyini açıq şəkildə bəyan etməsindən sonra Türkiyədə Ərdoğana ABŞ səfərini təxirə salması yönündə çağırışlar edilməkdədir, xüsusilə də, ana müxalifət partiyası olan CXP tərəfindən.

Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, MHP Ərdoğanın müəyyən ön şərtlər əsasında ABŞ-a səfər etməsini istəsə də, CXP səfərin təxirə salnmasında israrçıdır.

Ərdoğan isə CXP-yə “Ağlınızı özünüzə saxlayın. Bu səfər olacaq. Bu səfər də məsələlərə vergül yox, nöqtə qoyan bir səfər,  bir görüş olacaq”-deyə, cavab verib.

CXP lideri Kamal Kılıcdaroğlu da öz növbəsində deyib ki, Ərdoğanın ağlı yetirsə, o zaman problem yoxdur.

Etikxeber.az

Read Previous

Azərbaycanın dörd qadın paracüdoçusu “Bakı-2017″nin finalına çıxıb – FOTO

Read Next

Azərbaycan karateçilərindən üçü qızıl, ikisi isə bürünc medal uğrunda yarışacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir