Türkiyədə də, burada da ən üst səviyyədə olan insanlar mənə müraciət edir – MEHMET ŞAKA ÖZ

Bioenergetik: Azərbaycanlılar falçılara və ekstrasenslərə ifrat dərəcədə inanırlar

Etikxeber.az Türkiyədən olan tanınmış bioenergetik Mehmet Şaka Özün müsahibəsini təqdim edir:

– Mehmet bəy, artıq bir neçə gündür Azərbaycanda, Bakıdasınız. Ümumiyyətlə, nə vaxtdan Azərbaycana gəlib-gedirsiniz, bionergetik seanslar keçirirsiniz?

– Birinci dəfə deyil ki, Azərbaycandayam. Mən əvvəllər də Azərbaycana gəlmişəm. ATV kanalında bir proqramda iştirak etmişəm. Elə bugünlərdə yenə ATV-də, “Xəzər” kanalında bir neçə proqramda iştirak etmişəm. Bu yerdə qeyd edim ki, Türkiyənin Sakarya bölgəsindənəm, 38 yaşım var, bioenerji adaptasiyası ilə məşğulam, eyni zamanda, avtomobil üzrə ekspertəm, amma bu işlə məşğul olmuram. Şəfavermə və daha çox da ruhi şəfalandırma üzrə çalışıram. İnsanların buna çox böyük ehtiyacı var. Çünki çox təəssüflər olsun ki, Azərbaycanda insanlar falçılara və ekstrasenslərə ifrat dərəcədə etimad, etibar edir, inanır, amma nəticədə də aldadılırlar. Dolayısı ilə bunları aradan qaldırmaq lazımdır. Bu yanlış anlaşmaları aradan qaldırmaq gərəkdir. Mən nə ekstrasensəm, nə də falçı.

Mən, ruhi şəfa verməklə insanların problemlərini çözmək istiqamətində hərəkət edirəm. Bəli, baxdıqda bir çox insanlarda hər şeyi görə bilirəm. Lakin görə bilmək heç də ekstrasenslik deyil. Gələcəyi söyləmək başqa bir şeydir. Özəlliyimiz odur ki, biz net (tam dəqiq) görürük, “nöqtə uluşu” edirik, yəni, insanlardakı problemləri təsbit edərək, o şəkildə müalicə edirik. Yəni, insana, sadəcə məlumatı vermək deyil, insanda nə olduğunu söyləyib, o insanı o problemdən qurtarmaq bizim üçün əsasdır. Bizim məqsədimiz o insanları qurtarmaqdır. Az öncə özünüz də şahid oldunuz. Bura gələrkən çətinlik, ruhi sarsıntılar içində, amma seansdan sonra ayağa qalxaraq sevincli gedən insanlar var. Təbii ki, insanlar bunları gördükcə məmnun qalırlar və məmnun qaldıqca da, gəlməyə davam edirlər. Mən bu işlərimi təkcə Azərbaycanla məhdudlaşdırmıram. Almaniya, Hollandiya, Rusiya, Fransa, Türkiyə və bir çox ölkələrdə bu işlərimi gerçəkləşdirirəm. Türkiyədə daha fərqli işlərim (tətbiqlərim) də var. Spritüel (mənəvi) tətbiqlərim də var.

Bunlarla bərabər bioenerjinin tanınması haqqında kitab yazıram. Həyatın enerji problemini yazıram. Enerjinin nə olduğunu insanlara anladıram. Buna necə məruz qaldıqlarını anladıram. Məruz qaldıqda, insanların nələrlə qalrşılaşdıqlarını anladıram. Bundan necə qoruna bilmələrini insanlara başa salıram. Bunun adına “enerji poçtu” da demək olar. Bəli, insanların ruhuna çatmaq istəyirik, çatırıq hətta. Mənəvi seanslarla insanlarla daha çox irəli səviyyəyə çata bilirik. Bu tətbiqlər uzunmüddətli ola bilir, hətta, 12 saat çəkir. Normal seansımız, bioenerji və bəziləri bir saat və ya 1 saat 45 dəqiqə çəkir. Lakin bir insan əgər ruhunun tamamilə təmizlənməsini, neqativ enerjidən təmizlənmək istəyirsə, o zaman spritüələ qədər gedə bilərik…

– Yeri gəlmişkən, nə vaxtdan bu işlə məşğulsunuz, bioenergetiklik qabiliyyətini özünüzdə nə vaxtdan hiss etdiniz?

mehmet-2

– Mənim bu qabiliyyətim anadangəlmə bir qabiliyyətdir. Lakin 9 yaşımda bunu hiss edib, tətbiq etməyə başlamışam. Türkiyədə uzun müddətdir ki, bu işlərlə məşğulam. NLP uzmanıyam (mütəxəssisiyəm), psixoloji məsləhətçiyəm, “həyat məşqçisi”yəm, bionerji mütəxəssisi kimi qabaqcıl səviyyədə inkişaf etmiş birisiyəm. Beynəlxalq sertifikatlarım var. Bütün ölkələrdə keçərli olan sertifikatlarım var. Davamlı olaraq fəaliyyət göstərirəm, seminarlarım, konfranslarım olur. Bunlar ümumilikdə Türkiyədə olan seminarlarımdır. Hazırda isə Almaniya və Azərbaycanda konfrans və seminarlar planlaşdırıram. İnsanları bu haqda məlumatlandırmaq üçün.

– İndiyə qədər, üst-üstə götürdükdə, Azərbaycandan sizə nə qədər insan müraciət edib, şəfa tapıb?

– Azərbaycandan çox sıx şəkildə mənə müraciət edilir. Hətta, mən Türkiyədə olanda da AzərbaycandanTürkiyəyə gələn bir çox insan var. Mərkəzim Türkiyədə olduğu üçün, ümumiyyətlə, insanlar mənim yanıma gəlirlər. Lakin imkan tapdıqca, adını çəkdiyim ölkələrə, o cümlədən, Azərbaycana səfərlər edirəm.Azərbaycana da bundan sonra, demək olar ki, ayda bir-iki gəlməyi planlaşdırıram.

-Bu gün nəinki Azərbaycanda və ya Türkiyədə, ümumən dünyada saxta, yalançı bioenergetiklər, ekstrasenslər, necə deyərlər, ara həkimləri, “loğmanlar” var ki, insanlarda böyük xəyalqırıqlıqları yaradıblar. Bu baxımdan, siz özünüz də sizə qarşı belə bir inamsızlıq və güvənsizliklə qarşılaşmırsınız ki?

– Bəli, öncədən deyim ki, sui-istifadə edənlər, saxtakarlar çoxdur. Belə olan halda, insanlar haqlı olaraq, az qala hər kəsə şübhə ilə yanaşırlar, ilk andan kiməsə etibar etmək istəmirlər.Ancaq mənim fəaliyyətim ortadadır. Mən, “edərəmdən çox, etdiyim işlərlə” ortadayam. Yəni, Türkiyədə də bunu sübut etmişəm. Türkiyədə də televiziya proqramlarım var. Allaha şükür olsun, burada da televiziya proqramım var. Edəcəklərim deyil, etdiklərim mənim təminatımdır. Yəni, yanıma gələn insanların hamısı nəticə görmüş insanlardır. Bu günə qədər nəticə görməyən insan tanımıram. Türkiyədə, dövlətimin üst təbəqəsindən tutmuş aşağı təbəqəsinə qədər, sənət dünyasının üst təbəqəsindən tutmuş aşağı təbəqəsinə qədər hər kəs mənə müraciət edir. Ümumiyyətlə, bu, Türkiyədə də eyni şəkildədir, burada eyni şəkildədir, Almaniyada da eyni şəkildə…

Onlardan mütləq biri ilə əlaqələrim var, yəni, həmin təbəqədən olan adamlarla da çalışıram. Çünki özümü bu sahədə sübut etmişəm. İnsanların öncədən verdikləri mühakimələrinə görə də hirslənmirəm, incimirəm. Bu da təbiidir,bəzən insanlar sorğulamaq məcburiyyətində qalırlar, çünki çox böyük yalanlarla, saxtakarlıqlarla qarşılaşırlar. Bu işlərdə sui-istifadələr çox olur. Amma müəyyən bir həddə qədər bunu edə bilirlər. Bir insan ən çoxu bir adamı, iki adamı, üç adamı, maksimum yüz adamı aldada bilər. Yüzbirincini aldada bilməz. Çünki edə bilmədiyi bir şey ortaya hansısa bir şəkildə çıxacaq. Bizdə isə belə şeylər yoxdur. Sayını bilmirəm baxdıqlarımın, amma minləri keçib. Amma mənə bu günə qədər “mənə baxdın, filan əməliyyatı etdin, amma mən bir şey əldə edə bilmədin” deyəni görmədim. Bu da mənim ən böyük istinadımdır.

mehmet-4

– İstər Türkiyədə, istərsə də Azərbaycanda dediyiniz kimi, tanınmışlardan kimlər sizə müraciət edib, adlarını açıqlaya bilərsinizmi?

– İşimin ən böyük özəlliyi gizlilikdir. İnsanların adalarını açıqlamaq heç də düzgün olmaz. Azərbaycanda isə bunu açıq-açığına edirlər, gizlilik, filan yoxdur, amma Türkiyədə hər kəs gizliliyə üstünlük verir. Məhrəmlik deyilən bir anlayış var. Odur ki, bizə müraciət edənlərlə bağlı hər hansı bir məlumatı paylaşmırıq. Sosial şəbəkələrdə paylaşımlarımda da asanlıqla birini görə və ya gördüyüm işləri görə bilməzsiniz. Seans videolarımı görə bilməzsiniz. Ən çox televiziya proqramlarımı paylaşıram. Bəlli olan bir neçə məqaləmi yayımlayıram. Ondan artıq gizlilik lazımdır, çox artıq heç nə söyləmirəm.

– Azərbaycanda sizə müraciət edənlər əsasən hansı yaş kateqoriyasına, yaş qrupuna aid olan insanlardır və hansı durumlarla bağlı müraciət edirlər?

– Bizim yanımıza Azərbaycandan 18 yaşdan 70 yaşa qədər hər kəs gəlir. Ümumiyyətlə, azərbaycanlılar arasında bizə müraciət edənlərin hamısı ruhi, psixoloji sıxıntıları olanlardır. Türkiyədə bunların yüzdə əllisi psixoloji, yüzdə əllisi bədən rahatsızlığına görə gəlir. Çünki mən tibbin çözə bilmədiyi rahatsızlıqları çözə, müalicəsini edə bilirəm. Almaniyada isə yüzdə yetmişi ruhi, yüzdə otuzu bədən rahatsızlığı olanlardır…

– Bəs bunların səbəbləri, kökləri nədir?

– Hazırda bununla bağlı araşdırmalar aparıram. Bunların kökü kosmik hücumlardır. Yəni, həyatın içində məruz qaldığımız enerjilər, yediyimiz yeməklərdən tutmuş geyindiyimiz geyimlərəcən, olduğumuz bölgələrəcən, iş həyatımızacan, özəl həyatımızacan hər yerdə bir enerji var. Biz, enerji qəzalarına məruz qalırıq. Süpriminal enerji göndərmələri var, onlara məruz qalırıq. Bunlar da davamlı olaraq bizim ruh sağlığımıza pis təsir edirlər. Bizim məqsədimiz bunların qarşısını almaq və neqativ enerjiyə qarşı qorunmaqdır. Ona görə də biz seminarlarımızda neqativ enerjinin qarşısını almaq, neqativ enerjidən necə qorunmaq hallarını insanlara anlatmağa çalışırıq.

– Mehmet bəy, bəzən insanlar ekstrasenslərə, bionergetiklərə son ümid kimi üz tuturlar və bəzi hallarda da lazımı sonuc əldə etmədikdə, çıxış yolunu intiharlarda görürlər…

-Belə bir atalar məsələ var ki, yarımçıq müəllim insanı dindən, yarımçıq həkim insanı candan edər. Bilmədikləri və ya bu işi pis niyyətlə etdikləri, ya da bacardıqlarını zənn etdikləri üçün insanlara zərər verirlər. Təbii ki, insanlar son ümid kimi, nələrisə edirlər, nələrəsə al atırlar, amma sonda da aldadılırlar, daha böyük psixoloji-ruhi sarsıntılara məruz qalır. Lakin mən hər dəfə bunu deyirəm, televiziyada da deyirəm, nə falçılara, nə də saxta ekstrasenslərə gedin. Çünki sizə daha çox zərər verirlər. Çünkionların enerjiləri pisdir, mənfidir. Onlar sizə zərər verməkdən başqa bir işə yaramırlar…

mehmet-3

Etikxeber.az

Read Previous

ABŞ-da ağır yol qəzası: AZI 20 NƏFƏR ÖLÜ…

Read Next

Büdcədə həm artımlar, həm azaldılmalar olacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir