Türkiyədə dəhşətli qatar qəzası: 9 ÖLÜ, AZI 47 NƏFƏR YARALI – FOTOLAR – YENİLƏNİB – (1)

Türkiyədə Ankara-Konya marşrutu üzrə hərəkət edən sürət qatarı qəzaya uğrayıb.

Etikxeber.az xəbər verir ki, qəza Yeniməhəllə rayonunun Marşandiz stansiyasında qatarın yolüstü keçidlə toqquşması nəticəsində baş verib.

İlkin məlumata görə, iki vaqon relsdən çıxaraq aşıb. Xeyli sayda yaralının olduğu bildirilir.

Hadisə yerinə xilasedici dəstələr cəlb olunub.

***

Son məlumata görə, qəza nəticəsində ölənlər var.

Belə ki, sərnişinlərdən 4 nəfər dünyasını dəyişib, yaralananların sayı isə 43-ə çatıb.

tren-tren-1

tren-tren-2

***

Həlak olanların sayı 9 nəfərə, yaralananların sayı isə 47 nəfərə çatıb.

Ölənlərdən üçü maşinist, altısı isə sərnişindir.

Etikxeber.az

Read Previous

“Biz bu sürətdən, bu futboldan xeyli geriyik…” – QURBAN QURBANOV

Read Next

Siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır – İLHAM ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir