Türkiyədə növbəti zəlzələ-DAĞINTILAR VAR, DÜNYASINI DƏYİŞƏNLƏRİN SAYI 24-Ə, XƏSARƏT ALANLARIN SAYI 804-Ə ÇATDI, ƏLİYEV ƏRDOĞANA ZƏNG ETDİ, “KEÇMİŞ OLSUN”-DEDİ – FOTOLAR – YENİLƏNİB – (11)

Türkiyədə Egey və Mərmərə dənizlərində 6,6 maqnitudalı zəlzələ olub.

Etikxeber.az-ın Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi xəbərə görə, zəlzələnin mərkəzi İzmirin Seferhisar sahilində yerli vaxtla 14.51-də qeydə alınıb.

Zəlzələnin mərkəzi yerin 16 kilometr dərinliyində olub.

Dağıntı və itkilər haqqında hələlik məlumat yoxdur, afterşokların davam etdiyi bildirilir.

Qeyd edək ki, bu gün Bingöl vilayətində də yerli vaxtla saat 11.48-də 4,1 bal gücündə zəlzələ də baş verib.

Zəlzələ İstanbul və ətraf şəhərlərdə də hiss olunub.

***

“İndiyə qədər İzmir, Bornova və Bayraklıda 6 binanın dağılması ilə bağlı bildiriş gəlib”.

Bunu isə Türkiyənin Daxili işlər naziri Süleyman Soylu “Facebook” səhifəsində yazıb.

O, qeyd edib ki, Uşak, Dənizli, Manisa, Balıkesir, Aydın və Muğla bölgələrində kiçik çatlar xaricində insan itkisi ilə bağlı məlumat verilməyib:

“Komandalarımız axtarış və xilasetmə işini davam etdirir”.

16:53

***

İzmir bələdiyyə başqanı Tunç Soyer isə  çoxlu sayıda binanın zəlzələ nəticəsində dağıntıya məruz qaldığını deyib.

“20-yə yaxın dağıntı ilə bağlı xəbər almışıq”– deyə, o, əlavə edib.

17:00

***

“Bu gün İzmirdə baş verən güclü zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə aidiyyəti qurumlar əraziyə göndərilib”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twıtter” səhifəsində yazdığı açıqlamada bildirib. 

17:19

***

Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Dövlət başçısı Türkiyənin Egey bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar xalqımızın üzüntü hissi keçirdiyini vurğulayıb, bu hadisə ilə bağlı “keçmiş olsun” deyib.

Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu gün də xalqımızın dost və qardaş Türkiyənin yanında olduğunu qeyd edərək bildirib ki, Azərbaycan qardaş ölkəyə hər cür yardım göstərməyə hazırdır.

Prezident Rəcəb Tayyib Ərdoğan telefon zənginə və göstərilən diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

17:45

***

İzmirdə baş vermiş zəlzələ nəticəsində 4 nəfər ölüb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ nəticəsində 120 nəfər yaralanıb.

18:05

***

Son məlumata görə, zəlzələ nəticəsində dünyasını dəyişənlərin sayı 12-yə yüksəlib.

Eyni zamanda, yaralananların, xəsarət alanların sayı 420-yə çatıb.

20:55

***

Yaralanan, xəsarət alanların sayı 438-ə çatıb.

21:28

***

Zəlzələ nəticəsində xəsarət alanlar 522 nəfərə çatıb.  

Bu barədə AFAD məlumat yayıb. 

Bildirilib ki, zəlzələdən 4 bina tamamilə çöküb, 17 binada axtarış-xilasetmə işləri davam etdirilir.

22:20

***

İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralananların sayı 607-yə çatıb.

23:35

***

İzmirdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 17-yə çatıb.  

Bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, zəlzələdə xəsarət alan 709 yaralı isə xəstəxanada müalicə olunur.

00:25

***

Zəlzələdə xəsarət alanların sayı 763-ə çatıb.

01:26

***

Yaralananların sayı 804, ölənlərin sayı 24-ə çatıb.

Etikxeber.az

Read Previous

Ceyhun Bayramov-CENEVRƏDƏDİR – XARİCİ İŞLƏR NAZİRLƏRİNİN GÖRÜŞÜ BAŞA ÇATDI – HƏMSƏDRLƏR BƏYANAT YAYDI – YENİLƏNİB – (3)

Read Next

“Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib…”-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir