Türkiyədə növbəti terrakt: 5 nəfər şəhid oldu

Türkiyənin iki vilayətində terror aktları törədilib, 5 nəfər şəhid olub, 3 nəfər yaralanıb.

Etikxeber.az məlumat verir ki, Van vilayətinin Başkale qəsəbəsində PKK terrorçuları mülki mikroavtobusa hücum ediblər. Silahlı hücum nəticəsində 4 nəfər şəhid olub, 2 sərnişin isə  xəsarət alıb. Valiliyin yaydığı məlumata görə, yaralılar xəstəxanada müalicə olunurlar. Terrorçuların zərərsizləşdirilməsi üçün tədbirlər görülür.

Yüksəkova vilayətinin Hisar dağı bölgəsində isə PKK terrorçularının top atəşi nəticəsində 1 əsgər yaralanıb. Yaralı əsgər xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Bölgədə terrorçulara qarşı genişmiqyaslı əməliyyat başlayıb.

Etikxeber.az

Read Previous

Trampın prezidentliyinə qarşı keçirilən etiraz aksiyası zamanı atışma baş verdi

Read Next

Mütəşəkkil qaydada vergidən yayınma ilə mübarizə qənaətbəxş səviyyədə deyil- Nazir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir