Türkiyədə qatar aşdı:10 ölü, 73 yaralı – YENİLƏNİB

Türkiyənin Tekirdağ əyalətinin Çorlu qəsəbəsi yaxınlığında  Uzunköprü-İstanbul istiqaməti üzrə hərəkət edən sərnişin qatarı qəzaya uğrayıb.

Etikxeber.az-ın “Sozcu”-ya istinadən verdiyi xəbərə görə, 6 qatardan ibarət qatarın beş vaqonu relsdən çıxaraq aşıb.

Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilsə də, onların dəqiq sayı barədə hələlik məlumat verilmir.

tren-iha-e1531063392583

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib.

İlkin məlumata əsasən, qəza zamanı qatarda 360 sərnişin olub.

Tekirdağın valisi Mehmet Ceylan hadisə ilə vağlı son dəqiqə açıklamasında “Hadisə havanın pisləşməsi nəticəsində meydana gəlib. Çoxlu sayda yaralı var.  Ölənlər də var,  amma indi dəqiq rəqəm söyləyə bilmirik”-deyə, bildirib.

***

Qatar qəzasında ölən və yaralananların ilkin sayı açıqlanıb.

Türkiyənin Səhiyyə Nazirliyi qatarın aşması nəticəsində 10 sərnişinin öldüyünü, 73 nəfərin yaralandığını bildirib.

Etikxeber.az

Read Previous

QDİƏT PA-ya ATƏT PA-da müşahidəçi statusu verilib, SRSP üzvlərinin sayı 23-ə çatıb…

Read Next

İşğalçı silahlanmanı davam etdirir – ELŞAD HƏSƏNOV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir