Türkiyədə Spikerlərin Sammiti başlayır – BİRGƏ BƏYANAT İMZALANACAQ

Milli Məclisin (MM) sədri Oqtay Əsədov Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatı Parlament Məclisinin 25-ci ildönümünə həsr olunmuş Spikerlərin görüşündə iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində səfərdədir.

Etikxeber.az-ın xəbərinə görə, tədbirdə QDİƏT PM-də nümayəndə heyətimizin başçısı, deputat Eldar Quliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər də iştirak edəcəklər.

Spikerlərin Sammitinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın çıxışları nəzərdə tutulub.

oqtay-1

Görüş çərçivəsində parlament sədrlərinin Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatının gələcək fəaliyyətində parlamentlərin rolu mövzusunda çıxışları gözlənilir.

Tədbirin sonunda qurumun 25 illiyi ilə əlaqədar Birgə Bəyanat imzalanacaq.

Səfər çərçivəsində MM sədrinin tədbirdə iştirak edən nümayəndə heyəti başçıları ilə bir sıra görüşləri baş tutacaq.

Etikxeber.az

Read Previous

Seçkiləri qazanmasaq, qazananlar zil taxıb oynarlar – ƏRDOĞAN

Read Next

Gənclər Olimpiya Festivalının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradıldı – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir