Türkiyədə təxminən 13 min polis vəzifədən kənarlaşdırılıb

Türkiyə hökuməti ölkədə baş verən dövlət çevrilişi cəhdində ittiham edilən Fətullah Gülənlə əlaqədə şübhəli bilinən 12 min 801 polis əməkdaşını vəzifədən kənarlaşdırıb.

Etikxeber.az Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, xidmətdən kənarlaşdırılan polislərin 2,5 mini rəhbər vəzifələr tuturdu.

Xatırladaq ki, iyulun 16-na keçən gecə Türkiyədə silahlı dövlət çevrilişinə cəhd göstərilib. Ankara qiyamın arxasında müxalifətçi din xadimi Fətullah Gülənin dayandığını bildirir. Türkiyənin hakimiyyət dairələri hazırda ABŞ-n Pensilvaniya ştatında yaşayan Gülənin ekstradisiyasını Vaşinqtondan israrla tələb etsə də, hələ ki, buna nail olmayıb.

Etikxeber.az

Read Previous

Dövlət Neft və Sənaye Universitetində Mübariz İbrahimovun heykəlinin açılışı oldu

Read Next

Sabah ölkə ərazisində sabit hava şəraiti müşahidə olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir