“Türkiyədəki seçkilər bu ölkənin öz məsələsidir” – DEPUTAT BELƏ DEDİ

 

Azərbaycanla Türkiyə arasında bağlar, tellər elə sıxdır, elə möhkəmdir ki, kimsənin onun ayırmağa gücü çatmaz. Çünki bu bağlar, bu tellər qədimlərdən, keçmişlərdən, birgə dərin köklərimizdən irəli gəlir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva dilə gətirib.

“Bizləri qan, ruh bağlılığı birləşdirir. Bizim qanımız da, ruhumuz da, varlığımız da birdir. Bu, hər zaman belə olub, indi də belədir, bundan sonra da belə olacaq”-deyən millət vəkilinin sözlərinə görə, qardaş və dost dövlət olaraq, Türkiyənin hər bir uğuru Azərbaycanın, Azərbaycanın hər bir uğuru Türkiyənin uğuru və ya Türkiyənin hər hansı problemi Azərbaycanın, Azərbaycanın hər hansı problemi Türkiyənin problemidir.

“Qarabağ məsələsi və ya 35 ildən artıq bir dövr ərzində terrordan əziyyət çəkən Türkiyənin terror məsələsinə hər iki dövlət eyni ağrı və həssaslıqla yanaşır. Hər iki dövlət bu problemlərin aradan qaldırılmasında birgə mövqedən çıxış edir, davam edən ədalətsizliyə birlikdə haqq səslərini ucaldırlar. Bu, iki dost və qardaş dövlət arasında münasibətlərin hansı səviyyədə olduğunun əyani nümunəsidir.

nato-ilya-erdo

kamilya

Eyni zamanda, hər iki dövlətinin liderlərinin bir-birinə səmimi münasibəti, daim bir-birilərinə dəstək verməsi dünyamız üçün gözəl bir örnək nümunədir. Odur ki, kimlərsə qardaş dövlətin daxili işlərinə müdaxilə edərsə, seçimini şübhə altına alarsa, bizləri qarşılarında görəcəklər. Kimsənin qardaş dövlətin daxili işlərinə qarışmaq haqqı, hüququ yoxdur.

Bu ölkədə keçirilən seçkilər onların öz seçimidir və istər 31 mart seçkiləri, istər 23 iyun seçkiləri ilə də bağlı qardaş Türkiyəni, türk xalqını təbrik edir, demokratiya və inkişaf yolunda onlara növbəti uğurlar arzulayırıq”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Dəhşətli yol qəzası: Azı 22 ölü – KAMERUNDA

Read Next

İlham İsmayılın Qarabağ münaqişəsinə – BAXIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir