Türkiyədəki zəlzələ zonasından təxliyyə prosesi baş çatdı – YENİLƏNİB

Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyyəsi prosesi bütün gecə ərzində davam edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən  Etikxeber.az-a verilən məlumata görə, Elazığ və Malatiyadan gələn avtobuslar səhər saat 5-6 radələrində İğdıra çatıblar.

Vətəndaşlarımız nahar etdikdən sonra artıq Naxçıvandan göndərilmiş avtobuslara köçürülüblər. Üç avtobusdan birincisi artıq Naxçıvana çatıb. İkinci avtobus Naxçıvana çox yaxındır. Üçüncü avtobus isə təqribən 2 saata Naxçıvana çatacaq. Təxliyyə olunan 105 vətəndaşdan 42-si artıq Naxçıvandadır. Qalan 63 nəfər də iki avtobusla tezliklə Naxçıvanda olacaqlar.

Daha sonra isə vətəndaşlarımız Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Naxçıvana göndərilmiş təyyarə ilə Bakı gələcəklər.

***

Türkiyədə zəlzələ zonasında təhsil alan tələbələrimizin və digər Azərbaycan vətəndaşlarının təxliyyəsi başa çatıb.

Azərbaycanın Türkiyədəki Səfirliyindən verilən məlumata görə, bu gün zəlzələ zonası Elazığ və Malatyadan yola salınan üçüncü avtobus da artıq Sədərək gömrük-keçid məntəqəsindən Naxçıvana keçib.

Təxliyyə olunan vətəndaşlarımız Naxçıvana aeroportindan xüsusi təyyarə ilə Bakıya yola salınacaqlar.

Azərbaycanın Qars Baş Konsulluğundan bildirilib ki, bu gün səhər saatlarında 3 avtobus İğdırda konsulluq əməkdaşları tərəfindən qarşılanıb  və Naxçıvan sərhədinə yola salınıb. 

Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi ilə bağlı tapşırıq verib.

Xatırladaq ki, yanvarın 24-də yerli vaxtla 20.55-də Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 35-ə çatıb, tibbi yardım üçün 1607 nəfər müraciət edib.

Etikxeber.az

Read Previous

İsmayıllıda dəhşətli avtoqəza-BİR AİLƏNİN 3 ÜZVÜ ÖLDÜ… – FOTOLAR

Read Next

Pərvin Kərimzadə daha bir seçici-AİLƏSİNDƏ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir