“Türkiyənin daxili işlərinə, seçiminə müdaxilə edilməsi yolverilməzdir” -MİLLƏT VƏKİLİ

Qardaş və dost Türkiyədə keçirilən hər hansı bir seçki bu ölkənin öz məsələsi, öz daxili işidir. Kimsənin bu ölkənin daxili işinə qarışması, seçiminə müdaxilə etməsi düzgün deyil, qəbuledilməz və yolverilməzdir. Bu səbəbdən də, Türkiyədə keçirilən 31 mart bələdiyyə seçkilərini, xüsusilə, İstanbul Böyükşəhər bələdiyyəsinin başqanlığına keçirilən seçkiləri, seçkilərin nəticələrinin ləğvini və 23 iyun təkrar seçkilərini dartışmağa, müzakirə etməyə, başqa səmtə yönəltməyə haqqı yoxdur.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, bu, Türkiyə dövlətinin və xalqının verdiyi qərardır, onların da hər bir qərarına, seçiminə hörmətlə yanaşmaq lazımdır.

baku-erdos

imamoglu-yildirim1

ELDENIZ-1

Millət vəkili bildirib ki, qazanan bütün hallarda yalnız və yalnız Türkiyə dövləti və xalqıdır.

“Eyni zamanda, Türkiyə bizim üçün sıradan bir ölkə deyil. Türkiyə bizim dünyada əsas tərəfdaşımız və müttəfiqimizdir, biz Ulu Öndərimizin dediyi “bir millət-iki dövlətik” və ya Attürkün dediyi kimi, Azərbayanın sevinci Türkiyənin sevinci, Azərbaycanın kədəri Türkiyənin kədəridir, eynilə də, Türkiyə sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir.

Bizi dil, din, ortaq milli-mənəvi dəyərlər, tarixdən gələn adət-ənənələr bağlayır. Bu gün dünyada Azərbaycan-Türkiyə müttəfiqliyinin ikinci bir analoqunu tapmaq mümkün deyil. Ona görə bu iki qardaş və dost dövlətin münasibətlərinin davam etdirilməsi, daha yüksələn xətlə irəli doğru aparılması vacibdir və sevindiricidir ki, hər gün də iki dövlət və onun liderləri tərəfindən bu istiqamətdə addımlar atılmaqdadır.

İstər Azərbaycan-Türkiyə müttəfiqliyi, dostluğu, istərsə də, İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan dostluğu dünyaya bir örnəkdir.
Bu, bizim üçün qürur mənbəyi, iftixar hissidir. Odur ki, Allah həm Azərbaycanımızı, həm Türkiyəmizi qorusun”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

“Duydular və yemədilər” – HACIBƏYLİDƏN 23 İYUN DƏYƏRLƏNDİRMƏSİ

Read Next

Dəhşətli yol qəzası: Azı 22 ölü – KAMERUNDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir