Türkmənistan da “prezidentin səlahiyyət müddəti 7 il olsun” dedi

Türkmənistan parlamentinin iclasında ölkə prezidentinin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılmasını nəzərdə tutan yeni konstitusiya qəbul edilib.

Etikxeber.az  Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, konstitusiyanın yeni redaksiyası, həmçinin prezidentinin seçilməsi üçün nəzərdə tutulan 70 yaş həddini də ləğv edib.

Türkmənistan məclisi ölkənin yeni əsas qanununun qəbul olunmasına yekdilliklə səs verib. 2007-ci ildən ölkəyə başçılıq edən Qurbanqulu Berdiməhəmmədov konstitusiyaya edilən dəyişikliyi imzalayıb və qanun rəsmən qüvvəyə minib.

Etikxeber.az

Read Previous

AFFA rəhbərliyi UEFA-nın konqresinə qatılacaq

Read Next

Bakı Uşaq Teatrı meydan tamaşalarına yekun vurdu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir