Türkmənistan prezidenti vəfat edib? – YENİLƏNİB

Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedov vəfat edib.

Etikxeber.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə politoloq və “Qovorit Moskva” radiostansiyasının Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev yerli mənbəyə istinadən xəbər verib.

O, bu barədə türkmən iş adamlarından xəbər tutduğunu bildirib. Onların sözlərinə görə, xüsusi xidmət orqanlarında işləyən şəxslər hadisənin prezident məzuniyyətdə olan zaman baş verdiyini deyiblər.

Bildirilir ki, Qurbanqulı Berdımuhammedov iyulun 15-də məzuniyyətə çıxıb.

Həmçinin siyasətçinin ölümü barədə ərəb ölkələrindəki həyat tərzini işıqlandıran teleqram-kanal da məlumat yayıb. Yerli müxalifət qurumlarından birinin “Youtube” kanalı prezidentin iyulun 20-də öldüyünü xəbər verib.

Hazırda xəbər rəsmi səviyyədə nə təsdiq, nə də təkzib edilib.

***

Bu gün kütləvi informasiya vasitələrində ölüm xəbəri yayılan Türkmənistan Prezidenti Qurbanqulı Berdimuhammedov Səhiyyə və tibb səneyesi işçiləri günü münasibəti ilə ölkənin tibb işçilərini təbrik edib.

“RİA Novosti” xəbər verir ki, o, öz təbrik məktubunda ölkə səhiyyəsində qazanılan uğurları qeyd edib.

Bildirib ki, hazırda ölkə üzrə səhiyyə sisteminin Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun təkmilləşdirilməsi üzrə işlər uğurla həyata keçirilir.

“Xüsusilə ana və uşaqların sağlamlığı və qorunması təmin edilib, bir sıra yoluxucu xəstəliklər tamamilə aradan qaldırılıb, sağlam həyat tərzi prinsipi tətbiq olunub” – deyə, prezident məktubunda bildirib.

Etikxeber.az

Read Previous

“Leyla Yunusun danışmağa heç bir haqqı çatmır” – AZƏR BADAMOV

Read Next

“I Pyotr və Atatürk öz xalqlarının tarixində hansı yeri tuturlarsa” – AKADEMİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir