TÜRKPA-nın komissiya iclası-ŞUŞADA KEÇİRİLƏCƏK?

Komissiya iştirakçıları TÜRKPA Ətraf Mühit, Təbii Ehtiyatlar və Sağlamlığın Qorunması Komissiyasının növbəti iclasının Şuşada keçirilməsini təklif edirlər.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

“Milli Məclisin nümayəndə heyəti qardaş Türkiyənin paytaxtı Ankara şəhərində mühüm iclasda iştirak edib. Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə Ankarada Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Ətraf Mühit, Təbii Ehtiyatlar və Sağlamlığın Qorunması (ƏMTESQ) Komissiyasının 7-ci iclası keçirilib”-deyən komitə sədri bildirib ki, Türkdilli ölkələrdə koronavirusla bağlı vəziyyət həmin iclasda müzakirə edilib:

“Bu iclasın gələn il Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Komissiya iştirakçıları bu iclasın Şuşada keçirilməsini təklif edirlər. Yəqin ki, bu iclas gələn ilin may-iyun ayına təsadüf edəcək”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

MM-in növbəti iclası: GƏLƏN HƏFTƏ İSƏ YAZ SESSİYASI BAŞA ÇATACAQ – SPİKER İƏTPİ-NİN 3-CÜ ÜMUMİ KONFRANSINDAN DANIŞDI – YENİLƏNİB – (1)

Read Next

“Ətraf mühiti pozan, xalqın milli-mənəvi dəyərlərinə ziyan gətirən bloggerlər var ki…”-MM-İN KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir