Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdə rayonunun ilk İkinci Vətən Müharibəsi Şəhidi Turqut Fikrət oğlu Zeynalovun doğum günüdür.
Turqut Zeynalovun sabah-20 avqust 2026-cı il tarixində 30 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, əslən Ağdamlı olan Turqut Zeynalov 1996-cı ilin 20 avqust tarixində Bərdə rayonunda sadə bir ailədə dünyaya gəlib.
Turqut Zeynalov evin 4 övladından biri idi.
Ailədə 2 qardaş, 2 bacı olublar.


Ali təhsilli böyük bacısı hazırda nişanlıdır.
Turqut eyni zamanda, evin-ailənin böyük övladıydı.
2002-2013-cü illərdə orta məktəbdə oxuyub.
Texnikum (kollec) təhsili alıb.
Həqiqi hərbi xidmətdə, Əsgərlikdə olub.
Sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, MAXE kimi fəaliyyət göstərib.
MAXE kimi İkinci Vətən Müharibəsinə qatılıb və müharibənin elə ilk günündə, sentyabrın 27-də Tərtər-Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi 1 gün sonra, sentyabrın 28-də Bərdə rayon Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhidliyindən sonra bir neçə medalla və bu ilin iyun ayının 25-də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Turqut həm də, subay olub.
***

Sahah həm də əslən Füzuli rayonundan olan Ülvi Bəhruz oğlu Mikayılovun mövludu, Cənnətdəki üçüncü doğum günüdür.
Antiterror Şəhidi olan Ülvi Mikayılovun sabah 22 yaşı tamam olur.
Ülvi Mikayılov 2004-cü ilin 20 avqust tarixində Bakı şəhərində dünyaya gəlib…
Ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək qardaşı olub…
2010-2021-ci illərdə orta məktəbdə oxuyub…
2022-ci ildə həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb…
Azərbaycan Ordusunun, cəmi 11 ayın Əsgəri kimi Antiterror əməliyyatında iştirak edib və qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Nəşi 22 sentyabr 2023-cü il tarixində Kürdmahmudlu kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib…
19 yaşlı Ülvi də subay olub.
Məkanları cənnətlik, Cənnətdəki doğum günləri mübarək olsun!
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





