Tuskun səfəri nə vədir? – MİLLƏT VƏKİLİNİN BAXIŞI

Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri böyük əhəmiyyət kəsb edir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sona Əliyeva deyib.

O, qeyd edib ki, bu səfər Azərbaycan-Avropa İttifaqı (Aİ) müansibətlərinin davamlı inkişafının göstəricisidir.

“Azərbaycan Aİ ilə tərəfdaşlığın inkişafına böyük əhəmiyyət verir, bu qurumla əlaqələrimiz çoxşaxəlidir və müxtəlif istiqamətləri əhatə edir. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycan Aİ məkanında əsas enerji təchizatçılarından biridir və ölkəmizin etibarlı rolu daim yüksək qiymətləndirilir. Azərbaycan dünyada böyük enerji ehtiyatları, şaxələndirilmiş ixrac potensialı olan olan ölkə kimi tanınır.

Həmçinin, Aİ-yə üzv ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında da Azərbaycanın iştirakı əhəmiyyətli hesab olunur. Bunlarla yanaşı, bildiyimiz kimi, Azərbaycan mühüm coğrafi mövqeyə malikdir və Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan nəqliyyat layihələri Avropa məkanı üçün böyük önəmə malikdir. Xüsusilə, Şərq-Qərb nəqliyyat dəhlizi Asiya ilə Avropa arasında bir körpü rolunu oynayacaq ki, burada da Azərbaycanın töfhələri böyükdür. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Avropa İttifaqı bu sahələrdə çox konstruktiv əməkdaşlıq edir.

Cənub Qaz Dəhlizi layihəsi uğurla həyata keçirilir. Nəqliyyat sektoruna gəlincə, Azərbaycanda logistika və nəqliyyat sahəsinə yatırılan investisiyalar bizə mühüm nəqliyyat habına çevrilmək imkanı verib. Öz növbəsində, Aİ Şurasının prezidenti Donald Tusk Azərbaycanı unikal ölkə adlandırıb. Qarşılıqlı əlaqələrə toxunan cənab Tusk deyib ki, Aİ ilə Azərbaycan hər il bir birinə yaxınlaşır. O həmçinin, Azərbaycanın nəqliyyat və logistika qovşağına çevrilməsini yüksək dəyərləndirib və Cənub Qaz Dəhlizinin əhəmiyyətini xüsusi vurğulayıb. Ermənistan-Azərbaycan münaqişəsinə gəlincə, Prezidentimiz cənab İlham Əliyev münaqişənin həlli ilə bağlı dövlətimizin prinsipial mövqeyini bir daha bəyan etdi.

tusk-nahar

sonya-alieva-suleymanova

Donald Tusk isə bildirdi ki, Aİ Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir və münaqişə beynəlxalq hüququn prinsipləri əsasında həll olunmalıdır. Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli əlaqələrin inkişafına böyük maraq göstərir və bu istiqamətdə də ciddi nailiyyətlərin qazanıldığı şübhəsizdir. Avropa İttifaqına üzv olan bir sıra ölkələrlə Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri mövcuddur.

Bildiyiniz kimi, hazırda ölkəmizlə qurum arasında tərəfdaşlığa dair yeni sənədin üzərində fəal danışıqlar aparılır və hesab edirəm ki, bu danışıqların uğurla nəticələnməsi və yeni sazişin imzalanması Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərdə yeni mərhələnin əsasını qoyacaq. Əlbəttə ki, mühüm geostrateji mövqeyi, regionun lider dövləti olması etibarilə, həmçinin, enerji təhlükəsizliyinə vacib töfhələri, geniş iqtisadi potensialı, demokratiya yolunda atdığı qətiyyətli addımları və əldə etdiyi nailiyyətləri baxımından Azərbaycanla əlaqələrin inkişafı Aİ üçün də mühüm əhəmiyyət kəsb edir və quruma rəhbərlik edən şəxslərin Azərbaycanın əhəmiyyəti ilə bağlı çoxsaylı bəyanatları da bunu bir daha təsdiq edir”-deyə, millət vəkili sonra bildirib.

Əlavə edib ki, Aİ Şurasının prezidentinin ölkəmizə səfəri çərçivəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Qobustan Milli Tarix-Bədii Qoruğu ilə tanış olması ölkəmizin inkişafına və milli-tarixi dəyərlərimizə olan diqqətin göstəricisidir.

K. HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Çünki, bu, əsas prioritetdir…” – İLHAM ƏLİYEV – FOTO – YENİLƏNİB

Read Next

“Adam var ki, yaşı azdır, özü qocadır” – AKADEMİKDƏN YAŞ MƏSƏLƏSİNƏ ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir