Tüstüdən boğulma ehtimalı ilə 4 nəfər müraciət edib – SƏHİYYƏ NAZİRLİYİ

Binə ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 1:10-da daxil olub. Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimlərinə tüstüdən boğulma ehtimalı ilə 4 kişi müraciət edib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Məlumata görə, onlardan üçünə yerində yardım göstərilib, bir nəfər isə 1 saylı Xəstəxananın Toksikologiya şöbəsinə çatdırılıb.

 Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi (FHN)  də yanğının qarşısının alınması istiqamətində görülən işlər barədə açıqlama yayıb.
Məlumatda qeyd olunub ki, saat 00:41-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.
Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb. “3 saylı çağırış” elan edilib. Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub.
Yanğın nəticəsində ticarət mərkəzində bir-birinə bitişik qarışıq mallar və müxtəlif təyinatlı  mağazaların yanar konstruksiyaları və içərisində olan mallar, təqribən, 2500 m2 sahədə yanıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından  mühafizə olunub.

Yanğın saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.

Etikxeber.az

Read Previous

50 mindən çox əmanətçinin qorunmayan depoziti geri qaytarılacaq – OKTYABRIN 16-DAN – EKSPERT YAZDI

Read Next

Milli Məclis niyə toplaşır, HANSI MƏSƏLƏLƏRİN MÜZAKİRƏSİ GÖZLƏNİLİR? – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir