Tüstülənmə, zəhərlənmə…can almaqda, “Azəriqaz” susmaqda davam edir… YENİLƏNİB

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Etikxeber.az bildirir ki, Sabunçu rayon Polis İdarəsindən  verilən məlumata görə, rayon sakini, 1954-cü il təvəllüdlü Haqverdi Allahverdiyev dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Eyni zamanda, Bakıda yaşayış binasında baş verən yanğında bir ailənin 4 üzvü tüstüdən zəhərlənib.

Məlumata görə, tüstüdən zəhərlənənlər – 1976-cı il təvəllüdlü Nərmin Məmmədova, onun qızı 2009-cu il təvəllüdlü Leyla Məmmədova, qohumları – 1984-cü il təvəllüdlü Səidə Nurəliyeva və 1987-ci il təvəllüdlü Günel Tahirova xəstəxanaya yerləşdiriliblər.

Onlardan S. Nurəliyeva və G. Tahirova evə buraxılıb.

Ana və qızının vəziyyəti isə orta-ağırdır.

***

Son məlumata görə, Bakıda dəm qazı yenə bir nəfərin həyatına son qoyub.

Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 48 yaşlı  Eldar Əhmədov və onun həyat yoldaşı, 42 yaşlı Aysabah Əhmədova yaşadıqları evin hamamında dəm qazından zəhərləniblər. Ər hadisə yerində keçinib, A. Əhmədova isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti stabildir.

Faktla bağlı araşdırma aparılır.

ambulanssss-103

Etikxeber.az

Read Previous

“AzəriLayt” 56,29 dollar/barrelə satılır

Read Next

“Azəriqaz” qışın bu çağında yenə də bəzi bölgələri qazsız qoyur…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir