“Twitter”in fəaliyyətində problem yarandı

Azərbaycanda “Twitter” sosial şəbəkəsinin xidmətlərindən istifadədə çətinliklər yaranıb.

Etikxeber.az “APA-Economics”-ə istinadən xəbər verir ki, çətinliklər Bakı vaxtı ilə 10:00 radələrindən müşahidə olunur.

“Downdetector” monitorinq resursu problemin olduğunu təsdiqləyib.

Bununla yanaşı, “Twitter”in “Facebook” sosial şəbəkəsindəki rəsmi akkauntunda problemlə bağlı istifadəçilərin şikayətləri yer almaqdadır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Mərkəzindən “APA-Economics”-ə bildirilib ki, problem şirkət daxilindədir.

20 dəqiqə sonra problem aradan qaldırılıb və sosial şəbəkədən tam istifadə etmək mümkündür.

Şirkət problemin səbəbini açıqlamır.

Etikxeber.az

Read Previous

Tsetska Tsaçeva ilə Rumen Radev ikinci turda yarışacaqlar

Read Next

Paolo Centiloni İlham Əliyevlə görüşəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir