Üç ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılır – “AZƏRAVTOYOL”

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində bu axşam 22:00-dan etibarən Yasamal rayonu Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkının ətrafı və Tbilisi prospektində rəngləmə işləri aparılacaq.

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən Etikxeber.az-a verilən məlumata görə, rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.
“Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.

Etikxeber.az

Read Previous

Yeni saziş üzrə danışıqların növbəti mərhələsi başlayır – MALENA MARD

Read Next

Əliyev: Bundan sonra da səmərəli əməkdaşlıq həyata keçiriləcək – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir