Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sumqayıt şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Səmid Xoşbəxt oğlu Əliyevin doğum günüdür.
Səmid Əliyevin bu gün-5 iyun 2026-cı il tarixində 28 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, əslən İsmayıllıdan olan Səmid Əliyev 1998-ci ilin iyun ayının 5-də Sumqayıt şəhərində (Corat qəsəbəsində) dünyaya gəlib…
Ailənin dörd övladından biri, evin tək oğlu, üç bacının tək qardaşı olub…
Həm də evin-ailənin sonbeşiyi idi…
Kiçik bacısı ilə arasında 13 yaş fərqi vardı…
Səmid orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb və Əsgərliyini başa vuraraq, evinə, ailəsinə dönüb…
2020-ci ilin 21 sentyabr tarixində hərbi səfərbərliyə cəlb olunub…
27 sentyabr tarixindən isə İkinci Vətən Müharibəsinə qatılıb…
Müharibənin 5-ci günündə, oktyabrın 1-də Füzuli istiqamətində Şəhidlik məqamına ucalıb…
Nəşi elə həmin gün, oktyabrın 1-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb…
Şəhidliyindən sonra isə iki medalla-“Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təlif olunub…
22 yaşına Şəhidlik məqamına ucalan Şəhidimiz həm də nişanlı olub…
***


Bu gün həm də Yardımlı rayonunun Çayüzü kəndinin yeganə İkinci Vətən Müharibəsi Şəhidi Tural Elşən oğlu Aslanovun Cənnətdəki altıncı doğum günü, mövlududur.
Ailənin dörd övladından, üç qardaşdan biri olan Şəhidin bu gün 34 yaşı tamam olur.
Qeyd edək ki, ali təhsilli, subay, Leytenant, atası və üç əmisi müharibə iştirakçısı, müharibə veteranı olan, üç medallı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Tural Aslanov 1992-ci ilin iyun ayının 5-də dünyaya gəlib.
1998-2009-cu illərdə Nizami Cəbiyev adına Çayüzü kənd tam orta məktəbində təhsil almış Tural Aslanov 2020-ci ilin 5 noyabrında Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb və 7 noyabr tarixində Əbədiyyətə uğurlanıb.
Adını daşıyan küçə var.
Məkanları cənnətlik, Cənnətdəki altıncı doğum günləri mübarək olsun!
Etikxeber.az





