“Üç il ərzində heç nə edə bilmədilər…” – ARİF HACILIDAN RAUF ARİFOĞLUNA CAVAB – İKİ SİYASƏTÇİ ARASINDA QALMAQAL

Rauf Arifoğlu hansı layihəyə əl qoyursa uğur qazandığını, bizim partiyamızın yaradıcısı olduğunu, bizim liderlik xüsusiyyətlərimizin olmadığını iddia edir. Əslində siyasi təşkilat quruculuğu üçün ən uğurlu zamanda, 1989-cu ildə “Yeni Müsavat” partiyasını elan etmişdilər.

Üç il ərzində heç nə edə bilmədilər, Türkiyədə “Müsavat”ı yaşadanlardan da xeyir-dua ala bilmədikdən sonra bizə müraciət etdilər.

Etikxeber.az xəbər verir ki, bunu “Müsavat”ın başqanı Arif Hacılı bildirib.

O, xatırladıb ki, AXC-ni hakimiyyətə gətirdilər, “Müsavat”ı bərpa etdilər, “Müsavat” qısa müddətdə ölkənin birinci partiyası oldu.

“O zaman qurduğumuz qəzetlər də azad rəqabət şəraiti aradan qalxana qədər “Yeni Müsavat”-dan çox populyar idi.

“Yeni Müsavat” qəzeti isə qurucusunun dəfələrlə etiraf etdiyi kimi daha çox biznes layihəsidir.

Onunla bu sahədə rəqabətə girmək fikrimiz olmayıb. Siyasi rəqabətdə isə həmişə onun mənə qarşı koalisiya ortaqları ilə birlikdə topladığı səslərinin ümumi sayından daha çox səs toplamışam.

Yazır ki, guya mən güclü siyasətçiləri sevmirəm”-deyən A. Hacılı bildirib ki,  Elçibəyi, İsa Qəmbəri, 26 ildə əqidəsindən dönməyənləri güclü siyasətçi hesab edir:

“Onlarla həmişə birlikdə olmuşam…”.

A. Hacılı sonda “Mənimlə 6 aydan çox eyni həbsxana kamerasında qaldığını tez-tez təkrarlamasını da başa düşmək olar.Belə görünür ki, hər halda həyatının parlaq səhifəsinin bu olduğunu başa düşür…”-deyə, sözlərinə əlavə edib.

Rauf (1)

Qeyd edək ki, R. Arifoğlu Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əliyevə geniş müsahibəsində “Müsavat” və Azərbaycan Xalq Cəbhəsi partiyaları haqqında xeli mübahisə doğuracaq məqamlara toxunub.

R.Arifoğlu söyləyib ki, “Müsavat” adlı təşkilatın qurulması mərhələsində indiki “Müsavat” rəhbərlərindən heç kim ortada olmayıb:

“Bunu demək istəyirəm. “Müsavat” 1989-cu ilin oktyabr ayında yaradıldı. İlk rəhbər heyətdə bunlar var idi: Mənsur Əlisoy (vəfat edib), Əhməd Rza, mən, Bəxtiyar Tuncay və Niyazi İbrahimov. Sonradan mənim təşəbbüsümlə Nəsib Nəsibzadə (indi Nəsibli) partiyaya gətirildi. İsa Qəmbər başda olmaqla, indi rəhbərlikdə olanlardan bəzilərini biz “Müsavat” təşkilatına dəvət etdik. Konkret olaraq, mən və Nəsib Nəsibli…”.

R.Arifoğlu “Müsavat”ın indiki rəhbərliyini “gəlmələr” adlandırıb.

Etikxeber.az

Read Previous

“Elçibəylə görüşüb, ondan “Müsavat”a rəhbərlik etməsi xahişində bulunduq…” – RAUF ARİFOĞLU

Read Next

Nəsimi festivalı çərçivəsində “Arqonavtlar” beynəlxalq inklüziv tamaşası təqdim olundu – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir