Üç maşın toqquşdu, yaralanan var

Bakının Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, üç avtomobilin toqquşması ilə nəticələnən qəza Buzovna qəsəbəsində qeydə alınıb.

İdarə etdiyi “Hyundai” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olan 24 yaşlı Orxan Məmmədov idarəetməni itirib. Nəticədə onun maşını “Toyota” markalı iki avtomobilə çırpılıb.

Qəza nəticəsində “Hyundai” deformasiyaya uğrayıb və sürücü Orxan Məmmədov xəsarət alıb. O, əstəxanaya aparılıb.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, qəzaya sürücü Orxan Məmmədovun avtomobili yüksək sürətlə idarə etməsi və hava şəraitini nəzərə almaması səbəb olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Etikxeber.az

 

Read Previous

Atəşkəs rejimi 28 dəfə pozulub

Read Next

“Özünü yaxşı hiss edir” – Dariqa Nazarbayeva

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir