Üç medal və bir ordenli, üç övlad atası, Mayor, ailənin üç oğlan övladından biri-İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN 1 OKTYABR ŞƏHİDİ İLKİN QƏLƏMŞAH OĞLU ƏHƏDZADƏ…ŞƏHİDLİYİNİN İKİNCİ İLİNİN TAMAMINDA ADINI DAŞIYAN KÜÇƏNİN AÇILIŞI OLACAQ…-FOTOLAR

Bakının Səbail rayonunun (həm də Qubanın) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan peşəkar, ali təhsilli hərbçi, Mayor İlkin Qələmşah oğlu Əhədzadənin sabah, 1 oktyabr tarixində Anım Günüdür.

İlkin Əhədzadənin Şəhidliyindən iki il keçir.

Etikxeber.az xəbər ki, əslən Qubalı, Buduqlu olan İlkin Əhədzadə 1985-ci ilin 26 iyun tarixində, Silahlı Qüvvələr Günündə Bakı şəhərində, sadə bir ailədə dünyaya gəlib…

Ailədə 3 övlad, 3 qardaş olublar, özü isə böyük övlad, böyük qardaş olub…

İlkin 1992-ci ildə Bakının Səbail rayonunda (“20-ci sahə”də) yerləşən 51 saylı tam orta məktəbə, birinci sinfə gedib…

2000-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və oranı bitirərək, 2003-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantı olub…

Ali Hərbi Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra isə Gəncədə N saylı hərbi hissədə fəaliyyətə başlayıb, Leytenant kimi fəaliyyət göstərib…

Ağdam,Naftalan, Goranboy,Qazax,Şəmkir,Daşkəsəndə yerləşən hərbi hissələrdə müxtəlif vəzifələrdə çalışıb…

Qazaxda, Şəmkirdə bölük komandiri vəzifəsində işləyib və harada da işləyibsə, böyük hörmət, nüfuz qazanıb, əsgərləri, dostları tərəfindən sevilib…

Daşkəsəndə yerləşən hərbi hissələrdən birində işləyərkən İlkin Mayor rütbəsini alaraq, MTO vəzifəsində çalışıb… Və bu vəzifədə də cəmi iki ay fəaliyyət göstərib…

2020-ci ilin 27 sentyabr tarixində İkinci Vətən Müharibəsinin başlanması ilə İlkin peşəkar hərçbi, zabit kimi döyüşlərə, Vətən müdafiəsinə atılıb…

Və döyüşlərin 5-ci günü, oktyabrın 1-ində Kəlbəcər istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Vətən torpaqları uğrunda həlak olub, 35 yaşında Şəhidlik məqamına ucalıb…

Nəşi iki gün sonra tapılaraq, Bakıya, Səbail rayonuna, Badamdar qəsəbəsinə, yaşadıqları evə gətirilib və İkinci Şəhidlər Xiyabanında Şəhadətə uğurlanıb, torpağa tapşırılıb…

Şəhidliyindən sonra Ali Baş Komandan tərəfindən 3 medalla-“Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub…

İlkin Əhəzadə həm də ailəli, üç övlad atası olub.

Bir müddət öncə ailəsinin Badamdar qəsəbəsinbdə yaşadığı küçəyə İlkin Əhədzadənin adı verilib.

Qeyd edim ki, sabah səhər saatlarında məzarını ziyarətdən sonra Şəhidin adını daşıyan küçənin açılış mərasimi keçiriləcək.

Həm ziyarətdə, həm də açılış mərasimində Şəhidin ailə üzvləri, yaxınları, Şəhid ailələri, Qazilər, hərbçilər, Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səbaildən olan millət vəkili və digər şəxslər iştirak edəcəklər.

Açılışdan sonra isə Şəhidin ailəsin yaşadığı evdə Anım mərasimi keçiriləcək, adına ehsan veriləcək.

Eyni zamanda, bir müddət öncə 51 saylı orta məktəbdə büstünün açılışı olub.

***

Şəhidliyinin ikinci ilə bağlı bu gün axşam saatlarında Şəhidin ailəsini, ocağını ziyarət etdim…

Onlara Allahdan bir daha səbr və dözüm arzuladım, bir daha “Şəhidimizin ruhu şad olsun! Müqəddəs ruhu qarşısında baş əyirəm!”-dedim…

Daim Şəhidimizə, Şəhidlərimizə, onları bu Vətən üçün xeyirli övladlar kimi yetişdirən valideynlərinə bir ömür boyu borclu olduğumu dilə gətirdim…

Şəhidimizin özü kimi vüqarlı, dəyanətli, Dik duruşlu, Qəhrəman valideynləri-anası Asəmən xanım və atası Qələmşah kişi, eləcə də digər yaxınları ilə söhbətləşdim, dərdləşdim…

Onlarla birlikdə bir daha Şəhidin şərəfli və mənalı həyat və hərb, döyüş yoluna nəzər saldım, ekskurs etdim…

Başdan-ayağacan qəhrəmanlıqlarla, igidliklərlə, xeyirxahlıqlıarla, yaxşılıqlarla dolu bir ömür…

Əsl İgid, əsl Qəhrəman ömrü…Bir Dastan…

Məqamı Uca, məkanı cənnətlik olsun, məzarı Nurla dolsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Baxmayaraq tam göstəricilər hələ ki, qane etmir, lakin…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTO

Read Next

Daha 92 yeni yoluxma-DAHA 2 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir