Üç övladı Vətənə əmanət qalan Əfsanəvi Xüsusi Təyinatlı-“VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI” CAMAL İSMAYILOVUN BU GÜN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR, 39 YAŞI TAMAM OLUR…

Bu gün Neftçala rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Camal Vidadi oğlu İsmayılovun doğum günüdür.

Camal İsmayılovun bu gün 39 yaşı tamam olur.

Bu, Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Camal İsmayılov 1984-cü il iyul ayının 7-də Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya gəlib və ailədə üç övlad-bir bacı və iki qardaş olublar.

1986-cı ildə Rusiyanın Krasnoyarsk diyarının İqarka şəhərinə köçüblər və 1990-cı ildə İqarka şəhərində V. P. Astafyev adına 1 nömrəli orta ümumtəhsil məktəbinin birinci sinfinə gedib.

1991-ci ildə ailəsi ilə birlikdə doğma rayonlarına qayıdıb və təhsilini Neftçala şəhərində 1 nömrəli tam orta məktəbdə davam etdirib, 2001-ci ildə isə məzun olub.

2002-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb, Vətənin keşiyinə yollanıb və Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hissədə xidmət zamanı hərbi hissə rəhbərliyinin diqqətini cəlb edib.

Onun Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmətinin davam etdirilməsi barədə qərar verilib və o vaxtdan da həyatını Ordu, hərb ilə bağlayıb.

2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub və didməti dövründə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” , “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” , “Qələbə günü münasibətilə hərbi parada qatıldığına görə” , “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif olunub…

İkinci Vətən Müharibəsi zaman isə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin Baş giziri kimi döyüşlərə atılıb, əvvəlcə Füzuli rayonu, sonra isə Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib.

Bundan sonra Xüsusi Təyinatlı Qüvvələrin Qrup komandiri kimi döyüş yoldaşları ilə birlikdə Hadrut uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 18-də isə Qubadlı rayonu istiqamətində döyüşlər başlayıb və döyüş ərzində Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonunun 10-dan çox yaşayış məntəqəsinə daxil olmağa nail olub

Oktyabrın 19-da Camal Qubadlı rayonu istiqamətində döyüşə qatılıb və bu, Onun son döyüşü olub.

Ağır döyüşlər nəticəsində Camal, eləcə də daha üç Əfsanəvi Xüsusi Təyinatlımız-Baş gizir Sübhan Cəbrayılov, Gizir Şəhriyar Quliyev və Gizir Elyar Vəliyev qəhrəmancasına Şəhid olublar.

Nəşi 4 gün sonra, 23 oktyabr 2020-ci il tarixində Neftçala şəhərində, Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindın sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” , “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif olunub.

Neftçala Şəhər Uşaq İncəsənət Məktəbinə onun adı verilib, büstü ucaldılıb.

Haqqında İTV-də “Heç kim unudulmur, heç nə yaddan çıxmır – Camal İsmayılov” sənədli filmi nümayiş etdirilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi olan kiçik qardaşı da İkinci Vətən Müharibəsinin iştirakçılarından olub.

Camal həm də ailəli olub, 2008-ci ildə, 24 yaşında Fatimə adlı xanımla ailə həyatı qurub.

2009-cu ildə Əsmət, 2011-ci ildə Əsnad adında qızları və Şəhidliyindən sonra, 2021-ci il fevralın 12-də isə Alparslan adlı oğlu dünyaya gəlib.

Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edib.

Ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki üçüncü doğum günü təbrik olunub.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“İlin sonunadək biz Avropa İttifaqına üzv olan daha çox sayda ölkələrin Azərbaycandan təbii qazı alacağını gözləyirik”- Əliyev Beqayla təkbətək və geniş tərkibdə-GÖRÜŞDÜ, PREZİDENTLƏR BƏYANATLARLA ÇIXIŞ ETDİLƏR – FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

Narkotikə görə daha 25 nəfər saxlanıldı-DİN MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir