Üç övladı Vətənə əmanət qalan-AĞDAŞLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ANAR İSRƏFİLOVUN BU GÜN ANIM GÜNÜDÜR…

Ağdaş rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Anar İsrəfil oğlu İsrəfilovun bu gün Anım Günüdür, onun Əbədiyyətə uğurlanmasından üç il ötür.

Anım Günü ilə bağlı bu gün Şəhidin məzarı ziyarət olunacaq, sonra Anım mərasimi keçiriləcək, adına ehsan veriləcək.

Etikxeber.az xəbər verir ki, Anar İsrəfilov 1990-cı ilin yanvar ayının 4-də Ağdaş rayonunun Ləki kəndində-sadə bir ailədə dünyaya gəlib…

Ailənin üç övladından, iki qardaşdan biri olub…

Ləki kəndində orta təhsilini bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb və Əsgərliyini başa vurdiqdan sonra isə yenidən ailəsinə, evinə dönüb…

Müxtəlif sahələrdə, təhlükəsizlik xidmətlərində çalışıb…

O, həm də idmançı olub…

Ailə həyatı qurub…

Əvvəlcə iki övladı-Amili və Xədicəsi, Şəhidliyindən 15 gün sonra, İkinci Vətən Müharibəsi başa çatan gün isə adını daşıyan sonuncu-üzünü görmədiyi Anarı-Anar Anar oğlu İsrafilov dünyaya gəlib…

İkinci Vətən Müharibəsinə, Vətənin müdafiəsinə də özü könüllü atılıb…

Oktyabrın 5-dən 25-cən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı istiqamətlərində vuruşub və oktyabrın 25-də  Füzuli rayonunda qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra, oktyabrın 26-da Ləki kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra dörd medalla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”  “Cəsur döyüşçü” medalları ilə təltif olunub…

Hazırda kəndlərində adını daşıyan küçə var…

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Alı Qocayevi-SABİQ DEPUTAT VƏ KEÇMİŞ NAZİR MÜAVİNİ ƏVƏZLƏDİ – SƏRƏNCAM

Read Next

Baş leytenant, ailənin tək, subay və ali təhsilli oğlu-ƏSLƏN BEYLƏQANLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ SİYAVUŞ MURADOVUN ƏBƏDİYYƏTƏ UĞURLANDIĞI GÜNDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir