Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Şamaxı rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən biri-Azərbaycan Ordusunun hərbçisi, MAXE, üç övladı Vətənə əmanət qalan Yalçın Aydın oğlu Cavadovun Cənnətdəki dördüncü doğum günü, 39 yaşının tamam olması ilə bağlı bu gün səhər saatlarında Şamaxı Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.
Etikxeber.az xəbər verir ki, 19 may 1985-ci il təvəllüdlü olan və İkinci Vətən Müharibəsi zamanı Füzuli istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalan Yalçın Cavadovun məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.
Məzarı başında qısa çıxışlar edilib.
Çıxışlar zamanı Şəhidin 35 illik qısa, lakin şərəfli ömür, hərb və döyüş yolundan bəhs edilib, ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki dördüncü doğum günü təbrik olunub.
Şəhidin ailə üzvləri də öz növbəsində ziyarət iştirakçılarına minnətdarlıqlarını bildirib, Yalçın Cavadovla Fəxr etdiklərini dilə gətiriblər.
Məzarını ziyarətdən sonra Şəhidin Sabir qəsəbəsində-ailəsinin yaşadığı evdə adına ehsan süfrəsi təşkil olunub, ruhuna bir daha dualar edilib.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az