“Atalarının arzusu ilə hər üç oğlum hərbçi oldu…Sənanım həm də Şəhidliyi seçdi, Vətən yolunda canını fəda etdi…”-ŞAMAXILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, MAXE, AİLƏNİN BEŞ ÖVLADINDAN BİRİ, ÜÇ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN SƏNAN ƏHMƏDOVUN ANASI ƏZƏT ƏHMƏDOVA – FOTOLAR – YENİLƏNİB

Bu gün daha bir Şəhidimizin ailəsində oldum…

Daha bir Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidinin ocağını ziyarət etdim…

Daha bir Vətən sevdalımızın, Vətən fədaimizin Dərdli, Yaralı, həm də Qəhrəman ailə üzvləri ilə bir araya gəldim…

Əslən Şamaxılı olan İkinci Vətən Müharibəsi Şəhidi Sənan Əhmədovun anası Əzət Ana, Əzət Əhmədova, uzun illərin hərbçisi, müharibəsi iştirakçısı olmuş, gözləri ilə odlar-alovlar görmüş qardaşı Keyhan bəylə, Kəyan Əhmədovla görüşdüm…

Qeyd edim ki, Şəhidimizin anası və qardaşını bir xeyli müddətdir tanıyırdım…

Onlarla bir neçə dəfə Şəhid ailələləri üçün təşkil olunmuş tədbirlərdə, Şəhid məclislərində bir yerdə olmuşdum…

Axırıncı dəfə isə düz üç həftə öncə Şabranlı Şəhidimiz Füzuli Salahovun yeddinci mövludunda yol yoldaşı olmuş və söz vermişdim ki, gəlib bir gün onları da Şəhidimizin ocağında ziyarət edəcəyəm…

Və söz verdiyim kimi, bu gün-günorta saatlarında Şəhidimizin Bakı şəhərinin Binəqədi rayonunun 28 May qəsəbəsində yaşayan ailəsini, ocağını ziyarət etdim…

Bir daha Şəhidimizin ailəsinə, doğmalarına-Əzət Anaya Allahdan səbr və dözüm arzuladım…

Bir daha “Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…

Bir daha Şəhidimizin ruhu və ailəsi, Əzət ananın qarşısında baş əydiyimi bildirdim…

Bir daha Sənan da daxil olmaqla, cəmi Şəhidlərimizə, onları yetişdirən, onları Uca tutan ailələrə borclu olduğumu, borclu olduğumuzu söylədim…

Bir daha Şəhidlərimizi, Sənanları və onları Qəhrəman kimi böyüdən ailələrı unutmağa haqqım, haqqımız çatmadığını dilə gətirdim…

Sonra Şəhidimizin anası, ailə üzvləri ilə söhbətləşdim, dərdləşdim…

Onlarla birlikdə Şəhidimizin 32 illik qısa, lakin şərəfli həyat, ömür, hərb və döyüş yoluna nəzər saldım…

Onlara-xüsusilə, Əzət Anaya təsəlli, təskinlik verməyə çalışdım…

Təsəlli verə bildimmi, alındımı…deməkdə çətinlik çəkirəm…

Çünki bala, övlad dərdi, doğma itkisi çox-çox çətin və dözülməzdir…

Bəzən təsəllisi belə mümkün deyil…

***

Onu da qeyd edim ki, Sənan Qalasan oğlu Əhmədov 1988-ci ilin 15 fevral tarixində Şamaxı rayonunun Bağırlı kəndində dünyaya gəlib…

Ailənin beş övladından, üç qardaşdan biri, evin sonbeşiyi olub…

1994-2005-ci illərdə öz doğma kəndlərində orta məktəbdə oxuyub…

2006-2007-ci illərdə həqiqi hərbi xidmətdə, Vətənin keşiyində dayanıb…

Və elə o vaxtdan da həyatını Ordu, hərb ilə bağlayıb…

Bu yerdə qeyd edim ki, hər üç qardaş mərhum atalarının-Qalasan kişinin arzusu, istəyi ilə hərbçi olublar…

Böyük qardaşı Kəyan və ortancıl qardaşı Kənan Heydər Əliyev adına Ali Hərbi Məktəbdə ali-hərbi təsilə yiyənləniblər…

İkinci Vətən Müharibəsi iştirakçısı, ümumilikdə 10 medallı, üç övlad atası Kəyan hazırda ehtiyatda olan Mayor, Kənan isə Baş leytenantdır…

Sənan 2015-ci ilə, ehtiyata buraxılana kimi Azərbaycan Ordusunda hərbçi-MAXE kimi fəaliyyət göstərib…

2019-cu ildə yenidən hərbə, Orduya qayıdıb…

İkinci Vətən Müharibəsində də Azərbaycan Ordusunun hərbçisi kimi iştirak edib…

Axırıncı dəfə anası Əzət Ana ilə oktyabrın 10-da danışıb…

Və cəmi bir gün sonra, 2020-ci ilin oktyabr ayının 11-də Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra, 12 oktyabr tarixində Şamaxı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra üç medalla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub…

Ailəsi isə Sənanın həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir…

Sənan eyni zamanda, ailəli olub…

Üç övladı-iki oğlu və bir qızı Vətənə əmanət qalıb…

Atalarının ruhu köməkləri olsun!

Allah bir da məqamını Uca, dərgahını mübarək etsin!

Nurlar içində uyusun!

13:43

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Həm xalası oğlu, həm dostu və sinif yoldaşı, həm də özü İkinci Vətən Müharibəsi Şəhidi olan-GORANBOYLU İLKİN VƏLİYEVİN 28 YAŞI TAMAM OLUR, SABAH CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR…

Read Next

“Təkcə ata-bala deyildik, həm də dost, sirdaş idik…Atam mənim idealım idi”-BU SÖZLƏRİ RAZİYƏ KAMİLQIZININ TANINMIŞ HƏKİM AYDIN ƏLİYEVƏ HƏSR ETDİYİ “ÖMÜR VƏFA ETSƏYDİ” KİTABININ TƏQDİMATINDA MƏRHUMUH QIZI AYNUR ƏLİYEVA DİLƏ GƏTİRDİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir