44 günlük tarixi İkinci Vətən Müharibəsinin iştirakçılarından, İgidlərindən, Qəhrəmanlarından biri də Daşkəsənli Turqut Aqil oğlu Nağıyevdir…
Cəmi 22 yaşında Vətən, Torpaq naminə sağlamlığını qurban verən Vətən sevdalısı-MAXE Turqut Aqil oğlu…
Sadə, sakit, mədəni, təvazökar, əsl Vətənsevər bir Azərbaycan övladı olan Turqut Nağıyev…
Turqutla bu yaxınlarda Kürdəmir rayonunda, bu rayonun ilk İkinci Vətən Müharibəsi Şəhidi Adəm Əliyevgildə tanış oldum…
O da, hərbçi və döyüşçü yoldaşı Samir Orucov da Adəmlə bir yerdə vuruşub, döyüşüblər…
Turqutla hal-əhvallaşdım, bir xeyli söhbətləşdim…
Onunla birlikdə bir qədər keçmişə, ötən günlərə, İkinci Vətən Müharibəsi ərəfəsinə və dövrünə qayıtdım, nəzər saldım…
Və bu Vətənin Adəm, Turqut, Samir kimi təmənnasız Vətənsevər övladlarının olması ilə bir daha Qürurlandım, İftixar hissi keçirdim…
Belə Oğulları, belə İgidləri olan Vətən heç zaman basılmaz!
Və hər birimiz belə Oğullara-Şəhid Adəmlərimizə və Turqutlarımıza, Samirlərimizə, Vətən sevdalılarımıza, Qazilərimizə borcluyuq!
Qeyd edim ki, Turqut 1998-ci ilin avqust ayının 8-də Daşkəsən rayonunda sadə bir ailədə dünyaya gəlib…
Ailənin üç övladından, üç qardaşdan birdir…
2005-2016-cı illərdə Yuxarı Daşkəsən qəsəbəsində yerləşən Zahir Bağırov adına tam orta məktəbdə oxuyub…
Orta məktəbi bitirdikdən sonra, 2016-2018-ci illərdə Beyləqan rayonunun Xocavənd qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə xidmət edib, Vətənin keşiyində dayanıb…
Əsgərlikdən sonra yenidən evinə, ailəsinə dönüb, bir müddət təsərrüfatla məşğul olub…
2019-cu ildə isə yenidən həyatını Ordu, hərbi ilə bağlayıb, Daşkəsənin Xoşbulaq kəndində yerləşən “N” saylı hərbi hissədə MAXE-manqa komandiri kimi fəaliyyətə başlayıb…
Və bir Vətən sevdalısı, bir hərbçi kimi 2020-ci ilin 27 sentyabr tarixində İkinci Vətən Müharibəsinin başlaması ilə döyüşlərə, Vətənin müdafiəsinə atılıb…
Və elə həmin döyüşçü-hərbçi yoldaşı Samirlə birlikdə Kəlbəcər rayonunun Levkənd kəndi yaxınlığında, səhər saatlarında gedən qızğın döyüşlər zamanı pulemyot gülləsindən ağır yaralanıb…
4 saata yaxın yaralandığı yerdə, neytral ərazidə qalıb, sonra onu Gəncə şəhər hərbi hospitalına, orada əməliyyat olunduqdan sonra isə Bakıda yerləşən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndəriblər…
Ay yarım ərzində orada ağır müalicə və müayinələrdən keçib, 5 dəfə cərrahi əməliyyat olunub…
Sümük çatışmazlığına görə İlizarov aparatı yerləşdirilib ayağna…
Və 9 ay həmin aparatla hərəkət etməli, ayağında gəzdirməli olub…
İgidliyinə, Qəhrəmanlığına görə Ali Baş Komandan tərəfindən “Döyüşdə fərqlənməyə görə” və Kəlbəcərin azad olunmasına görə” medalları, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub…
Həmçinin, General-leytenant Mais Bərxudarov tərəfindən Fəxri fərman-təşəkkürnamə ilə təltif olunub…
Səhhətində problemlər qalmasına baxmayaraq, ancaq çox təəssüflər olsun ki, Vətən sevdalısı Turquta hələ də əlillik dərəcəsi verilməyib…
Üzücü və qəbulediulməz bir vəziyyətdir…
Turqut həm də ailəlidir…
Yaxın aylarda övladı dünyaya gələcək…
Atası kimi Vətən sevdalısı və xoşbəxt övladlardan olsun!
Turqutgil ailəlikcə Vətənpərvər, Qəhrəman bir ailədir…
Turqutun hər iki qardaşı hərbçidir…
Hər ikisi də İkinci Vətən Müharibəsinin iştirakçısı olub…
Turqutun dediyinə görə, müharibə zamanı qardaşlarından biri onunla eyni-Kəlbəcər istiqamətində, digəri isə Murov istiqamətində döyüşüb…
Hazırda da hərbçi-Gizir kimi fəaliyyətlərini davam etdirirlər…
Biri Ağdam istiqamətində, digəri isə Qubadlı istiqamətində yerləşən hərbi hissələrdə-Quru Qoşunlarında və Sərhəd qoşunlarında Gizir kimi fəaliyyət göstərir, Vətənin keşiyini çəkirlər…
Turqut özü isə səhhətində problemlər olmasına baxmayaraq, Daşkəsəndə “Azərmayn” qrupunda işləyir…
Söhbət zamanı Turquta və cəmi Qazilərimizə Allahdan şəfa, can sağlığı və xoşbəxtlik arzuladım!
Hər biri xoşbəxtliyə layiqdir və bunu çoxdan HAQQ edirlər!
Turqut da daxil olmaqla, Allah hər birini qorusun, hər birinin Yar və Yardımçısı olsun!
Amin!
***
FOTOLAR:














Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az