Ucarda 27 Sentyabr-Anım Günü qeyd olundu-ŞƏHİDLƏR ABİDƏSİ VƏ HƏRBİ-VƏTƏNPƏRVƏRLİK KOMPLEKSİNİN AÇILIŞI OLDU – FOTOLAR

27 Sentyabr-Anım Günü ilə əlaqədar Ucar rayonunda Vətən uğrunda canından keçən Şəhidlərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub.

Etikxeber.az xəbər verir ki, Anım Günündə Şəhid ailələri və Qazilər, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, təhsil işçiləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ucar rayon Şəhidlər Xiyabanında Vətən şəhidlərinin məzarları ziyarət olunub.

Şəhidlərin məzarları üzərinə tər qərənfillər düzülüb, ruhlarına dualar oxunub və onların əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra rayon Mədəniyyət Sarayının qarşısında Şəhidlər Abidəsi və Hərbi-Vətənpərvərlik Kompleksinin açılış mərasimi keçirilib.

Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov abidə önünə qərənfillər düzüb.

Dövlət Himni səsləndirilib.

Çıxışlar edilib.

Çıxışlarda Şəhidlərin Vətən qarşısındakı misilsiz xidmətlərindən, onların qəhrəmanlığından və göstərdikləri şücaətin gələcək nəsillər üçün örnək olmasından danışılıb.

İcra başçısı Mənsur Məmmədov, Şəhid ailələri və rayon ziyalıları çıxış edərək Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim yaşadılmasının hər birimizin mənəvi borcu olduğunu vurğulayıblar.

Məktəblilərin təqdim etdiyi vətənpərvər ruhlu şeirlər tədbirə xüsusi duyğusal ovqat qatıb.

Sonda Vətən uğrunda Şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Etikxeber.az

Read Previous

27 sentyabr-Anım Günündə Şəhidlərimiz Hərbi Memorial Məzarlıqda-ZİYARƏT VƏ YAD EDİLDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Anım Günləri olan, Əbədiyyətə uğurlanmalarından 6 il keçən İkinci Vətən Müharibəsinin ilk Şəhidləri-ŞƏHİD QARDAŞLAR ƏLİ VƏ İSLAM ƏHMƏDOVLAR, TƏK OĞULLAR FARİZ QURBANOV, ELCAN MƏMMƏDOV, MANAF BƏHMƏNLİ, ELMAN HƏSƏNOV, RZA MƏMMƏDOV, EMİN MƏMMƏDOV, AİLƏNİN BİR NEÇƏ ÖVLADINDAN BİRİ OLAN SEYMUR BƏYLƏROV, KƏRİM YUSİFOV, TURQUT ZEYNALOV, KƏNAN YUSİBOV, HİDİ VƏLİYEV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir