Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ucarda baş verən partlayışda xəsarət alan şəxslər ölüb.
Gununsesi.info-nun APA-ya məlumatına görə, bir həftə əvvəl Ucar rayonunda baş verən partlayışda yanıq xəsarətləri alaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilən rayon sakinləri – 1979-cu il təvəllüdlü Zakir Məlikov, onun həyat yoldaşı, 1978-ci il təvəllüdlü Şamama Şərifova və övladları, 2008-ci il təvəllüdlü Ağa Məlikov xəstəxanada keçiniblər.
Qeyd edək ki, hadisə noyabrın 14-də qeydə alınıb. Z. Məlikov evdə mühərrikli mişarı təmir edərkən yanğınla nəticələnən partlayış baş verib.
Gununsesi.info