“Üçlər” beşinci dəfə bir arada – “SURİYA BÖHRANI” YENİDƏN MASADA – GÖRÜŞ BAŞLADI – YENİLƏİNİB

Bu gün Türkiyədə üç ölkənin lideri bir araya gələcək.

Etikxeber.az-ın xəbərinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani “Üçlər” formatında yenidən görüşəcəklər.

Beşinci dəfə “Üçlər” formatında bir araya gələcək liderlər “Suriya böhranı”nı, xüsusilə, İdlibdəki durumu və digər problemləri müzakirə edəcəklər.

Görüşün günorta saatlarda baş tutması gözlənilir.

İran prezidenti artıq Ankaradadır.

Ruhani deyib ki,“Suriyanın gələcəyi suriyalılara bağlıdır, qərarı da onlar verməlidirlər”.

Onun bu gün “Üçlər” Zirvəsindən öncə, yerli saatla 11:30-da Ərdoğanla bir araya gəlməsi nəzərdə tutulur.

***

ucler-1

“Üçlər”in görüşündən öncə lidelərin ikilikdə görüşləri keçirilib.

Ərdoğan əvvlcə Ruhanini qəbul edib.

Onunla görüş bir saat yarım çəkib.

Bu görüşdən sonra Ərdoğanla Putin bir araya gəlib.

Hazırda isə “Üçlər”in sammiti başlayıb.

Ərdoğan bildirib ki, Suriya böhranının həll edilməsi üçün daha çox səylər göstərilməlidir:

“Hamımız əlimizi daşın altına qoymalıyıq”.

Etikxeber.az

Read Previous

Azərbaycanın ən çox investisiya yatırdığı ölkə Türkiyədir – RƏSMİ

Read Next

Sabah Milli Məclisdə 3 komitənin – İLK İCLASI KEÇİRİLƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir