“Üçlər” “Suriya əməliyyat”ına başladı: TÜRKİYƏ MƏMNUNDUR, RUSİYAYLA İRAN NARAZI – YENİLƏNİB – (3)

ABŞ Fransa və Böyük Britaniya ilə birgə Suriyaya qarşı hərbi əməliyyata başlayıb.

Etikxeber.az xarici KİV-lərə  istinadən  məlumat verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxış edərək bəyan edib.

tramp-1

Onun sözlərinə görə,  hava zərbələri Suriya hökumətinə məxsus kimyəvi silah istehsalı obyektlərinə endirilir. “Hazırda Bəşər Əsədin potensial kimyəvi silahları ilə əlaqəli obyektlərə yüksək dəqiqlikli zərbələr endirilir. Hərbi əməliyyat Böyük Britaniya və Fransa Silahlı Qüvvələri ilə birgə həyata keçirilir”, deyə D.Tramp qeyd edib.

ABŞ prezidenti həmçinin bildirib ki, ABŞ Rusiyaya və İranla münasibətlərin normallaşdırılmasına ümid edir. “Lakin bu baş tutmaya da bilər”, deyə D.Tramp əlavə edib.

Bununla belə, ABŞ prezidenti ölkəsinin Suriyada uzunmüddətli hərbi iştirakını istisna edib: “Hər hansı vəziyyətdən asılı olmayaraq hərbçilərimizin Suriyada qalmağına çalışmırıq”.

***

ABŞ prezidenti Ağ Evdə Suriyaya qarşı hərbi əməliyyatın başlanmasını bəyan edərkən Rusiyaya müraciət edib.

Bu barədə “NBC News” xəbər verib.

“2013-cü ildə prezident Vladimir Putin və onun hökuməti Suriyanın kimyəvi silahının məhv ediləcəyini dünyaya vəd edib. Lakin silahlar məhv edilməyib. Bəşər Əsəd rejiminin bu yaxınlardakı hücumu və hazırda baş verənlər Rusiyanın vədlərinə əməl etməməsinin nəticəsidir. Rusiya qərar verməlidir – “qara yollar”la hərəkət etməyə davam və yaxud sivil ölkələrlə birgə sabitlik və sülhü təmin etmək. İran və Rusiyadan soruşuram: hansı millət, hansı dövlət günahsız kişi, qadın və uşaqların kütləvi qətli ilə əlaqəli olmaq istəyər? Dünya xalqları dəstəklədikləri dostları ilə qiymətləndirilə bilər. Heç bir millət və dövlət qatil diktatorları, amansız tiranları, “izqoy” dövlətləri dəstəkləyərək inkişaf edə bilməz”, – deyə D. Tramp vurğulayıb.

SURIYA

suriye-abd-savas-foto-reuters_16_9_1523679668

***

Dəməşq dinc gələcəyə şansı olduğu zaman bombalandı.

Bunu Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

Onun sözlərinə görə, uzun illər Suriya paytaxtı terror hücumları şəraitində yaşamağa çalışıb.

“Əvvəl Suriya xalqını “ərəb baharı”, sonra İŞİD, indi isə ABŞ-ın “ağıllı raketləri” ilə sınağa çəkdilər”, Rusiya XİN rəsmisi qeyd edib.

***

Türkiyə Xarici İşlər NazirliyiABŞ, Böyük Britaniya və Fransa tərəfindən Suriyaya hərbi zərbələr endirilməsinə münasibət bildirib.

Rəsmi açıqlamada əməliyyatın Türkiyə tərəfindən məmnunluqla qarşılandığı qeyd olunub.

***

İran isə Suriya əməliyyatını kəskin qınayıb.

Bu ölkənin Xarici İşlər Nazirliyi (XİN) əməliyyatın beynəlxalq aləmdə mənfi və xoşagəlməz hadisələrə səbəb olacağını vurğulayıb və “Üçlər”ə xəbərdarlıq edib.

Etikxeber.az

 

Read Previous

“Azərbaycanla Aİ arasında münasibətlər daha da dərinləşəcək…” – TUSKDAN ƏLİYEVƏ TƏBRİK

Read Next

Yaqland da Əliyevi təbrik etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir