Uçoğlan Şəhidlərinin Xatirə-abidə kompleksi-AĞDAM VƏ KÜRDƏMİRLİ ŞƏHİD AİLƏLƏRİ TƏRƏFİNDƏN ZİYARƏT EDİLDİ… – FOTOLAR

Bu gün Şəhid ailələri tərəfindən Ağdam rayonunun Üçoğlan kəndində Birinci və İkinci Qarabağ Şəhidlərinin xatirəsinə inşa edilmiş Xatirə-abidə kompleksi ziyarət olunub.

Etikxeber.az-ın xəbərinə görə, Xatirə-abidə kompleksi kənd sakinləri tərəfindən tikilib başa gətirilib.

Qeyd edək ki, Birinci və İkinci Qarbağ Savaşında Üçoğlan kəndi ümumilikdə 12 Şəhid verib və onlardan 11-i Birinci, 1-i isə İkinci Vətən Müharibəsinin Şəhididir.

Ziyarətdə AğdamKürdəmirdən olan Şəhid anaları, Şəhid ailələri iştirak ediblər.

Şəhid analarından Akifə xanım, Maya xanım, eləcə, Şəhid xanımı Jalə xanım və digər Şəhid ailələrinin üzvləri Xatirə-abidə kompleksini ziyarət edərək, Şəhidlərin ruhlarına dualar ediblər.

Onu da qeyd edək ki, Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan 3 medallı Adəm Əliyev əslən Ağdamın Üçoğlan kəndindəndir və o, həm də Üçoğlanın İkinci Vətən Müharibəsi Şəhidi hesab edilir.

Yeri gəlmişkən, Adəmgil sonradan Kürdəmirdə yaşayıblar.

Əslən Kürdəmirli olan anası Akifə Ağayeva və qardaşı Arif Əliyev hazırda da Kürdəmir rayonunda, kirayə evdə yaşayırlar.

Nur içində yatsın, Şəhidimiz Adəm Əliyev, Nur içində yatsın, cəmi Şəhidlərimiz!

Allah ailələrinə səbr versin!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Nuru Paşa komandanlığındakı Qafqaz İslam Ordusu 15 sentyabr 1918-ci ildə Bakını erməni və bolşevik işğalından azad edib”-MUSTAFA ŞENTOP

Read Next

Jalə Əliyev bu dəfə Lək, Xələc və Bərgüşadda oldu-QALDIRILAN PROBLEMLƏRLƏ BAĞLI MÜVAFİQ QURUMLAR QARŞISINDA BİR DAHA MƏSƏLƏ QALDIRACAĞINI BİLDİRDİ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir