“Üçrəngli bayrağımız Şuşada da dalğalanacaq…” – İLHAM ƏLİYEV

2017-cil arxada qalır.  Bu il ərzində qarşıya qoyulan bütün  vəzifələr icra edilib.

Azərbaycanda sabitlik təmin edilib. Çünki sabitlik olmadan, heç bir uğur əldə etmək olmaz.

Etikxeber.az xəbər verir ki, bunu ölkə Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına təbrikində bildirib.

din-ilya

Prezident qeyd edib ki, Azərbaycan bu il  İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində fəallıq göstərib.

İ. Əliyevin sözlərinə görə, təsadüfi deyil ki, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuşdu.

Dövlət başçısı eyni zamanda, Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq münasibətlərinin inkişafı istiqamətində önəmli addımlar atıldığını söyləyib.

“Bu il ərzində 20-yə yaxın ölkəyə səfəe etmişəm və bu səfərlərdə də Azərbaycanın milli maraqlarını qorumuşam”-deyə, dövlət başçısı sonra bildirib.

Prezident Qarabağ münaqişəsinin həlli istiqamətində uğurlu nəticəyə nail olunmasa da, konfliktin çözümü yönümündə bu il müəyyən irəliləyişlərin əldə edildiyini də bildirib.

O, bununla yanaşı, Azərbaycan Qarabağ münaqişəsinin həllində güzəştə getməyəcəyini vurğulayıb.

“İnanıram ki, Azərbaycanın üçrəngli bayrağı işğal olunmuş ərazilərimizdə, Şuşada dalğalanacaq”.

İ. Əliyev 2017-ci ilin Azərbaycan tarixində islahatlar ili kimi qalacağını da sözlərinə əlavə edib.

Azərbaycan regionlarının sürətli inkişaf etdiyini də deyən dövlət başçısı 2017-ci ildə 30-yə yaxın bölgəyə səfərini xatırladıb.

Etikxeber.az

Read Previous

ABŞ-da atışma baş verdi: ölən və yaralananlar var

Read Next

“Bu məğlubiyyət onlar üçün yaxşı dərs olmalıdır…” – PREZİDENT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir