“Üçrənglimiz və ayulduzlu Türkiyə bayrağının dalğalanması ilə biz kimin bizə qardaş, kimlərin isə dost olduğunu göstərdik”-BƏHRUZ MƏHƏRRƏMOV

Zəfər Paradı böyük tarixi an, habelə, hərbi-siyasi hadisədir:

 İlk olaraq ona görə ki, son bir əsrdə azı 4 dəfə ardıcıl məzlum duruma düşən, əraziləri işğal edilən, xalqı genosidə məruz qalan Azərbaycan dövləti, Zəfər paradı  ilə düşməninin “belini qırmaqla”  tarixi revanşı reallaşdırdığını, qisasını aldığını bəyan etmiş oldu. 

İkincisi, 44 günlük müharibədə sınaqdan keçirilmiş yeni nəsil müharibə vasitələrini və hərbçilərinin əzmini nümayiş etdirməklə Azərbaycan bölgənin yeni hərbi güc mərkəzi olduğunu bəyan etdi.

Üçüncüsü, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq niyyətinə sadiqliyimizi qorumaqla, rəsmi Bakı bölgədə “dost” və “qardaş” amilləri arasında sərhəddi ali səviyyədə bəyan etdi.

Daha dəqiq desək, paradda üçrənglimiz və ayulduzlu al Türkiyə bayrağının dalğalanması ilə biz kimin bizə qardaş, kimlərin isə dost olduğunu göstərdik.

Dördüncüsü, Azərbaycan bölgədə Türk etnosu başda olmaqla, Azərbaycan xalqını hədəfləyən erməni faşizm ideyaları üzərində həlledici qələbəsini nümayiş etdirməklə yeni, bölgə üçün daha təhlükəsiz bir mərhələnin başlandığını bəyan etdi. 

 Beşincisi, Zəfər Paradı böyük qayıdışın, yeni – abadlıq quruculuq, bərpa prosesinin başlanmasının xəbərçisi oldu.

 Ən nəhayət, rəsmi Bakı bölgədə yeni əməkdaşlıq platforması, yeni nəqliyyat dəhlizləri, yeni ticari imkanlara yaşıl işıq yandırmaqla, bu istiqamətdə həlledici söz sahibinin Azərbaycan olduğunu elan etdi.

Bəhruz MƏHƏRRƏMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Şuşa şəhərinə yeni avtomobil yolu çəkildikdən sonra qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Şuşaya gedəcəyik”-Əliyevlə Ərdoğan təkbətək görüşdü – SƏNƏDLƏR İMZALANDI, BİRGƏ BƏYANATLA ÇIXIŞ EDİLDİ – FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

Ərdoğanın Azərbaycana səfəri-BAŞA ÇATDI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir