“Üçtərəfli görüş həm də reallığı qəbul etməkdən imtina edən və regional iqtisadi və infrastruktur layihələrdə iştiraka cəsarət etməyən Ermənistan rəhbərliyinin zəifliyini göstərdi…”-MİLLƏT VƏKİLİ

Noyabrın 26-da Soçidə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş naziri arasında keçirilmiş görüşdə bir sıra məsələlər, o cümlədən kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri müzakirə olundu. Üçtərəfli görüşün nəticələri müsbət qiymətləndirilir. Azərbaycan bu görüşdə öz hədəflərinə nail oldu. Xüsusilə, avtomobil və dəmir yollarının açılışı üzrə layihələrin işə salınması barədə qərar qəbul edildi.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, Cənubi Qafqazda sabitlik təkcə Azərbaycanın deyil, regionun bütün ölkələrinin marağındadır.

“Sülh regionun iqtisadi inkişafına, eləcə də kommunikasiyaların açılmasına xidmət edəcək. Beynəlxalq arenalarda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü yüksək qiymətləndirilir. Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra keçirilən bu görüş Cənubi Qafqazda dayanıqlı sülhə doğru ən böyük addımdır. Əslində Ermənistan regional iqtisadi və nəqliyyat layihələri üzrə əməkdaşlıq etmək üçün tez hərəkət etməlidir. Azərbaycan Prezidenti İlham Əliyev bir daha Bakının Ermənistanla dialoq və dinc birgəyaşayış prosesinə başlamağa hazır olduğunu vurğulayıb. Azərbaycanın Silahlı Qüvvələri bütün dünyaya göstərdi ki, suveren ərazilərin diplomatik fəaliyyətlə birgə hərbi əməliyyatlarla azad edilməsi böyük uğur idi. Soçidəki üçtərəfli görüş həm də reallığı qəbul etməkdən imtina edən və regional iqtisadi və infrastruktur layihələrdə iştiraka cəsarət etməyən Ermənistan rəhbərliyinin zəifliyini göstərdi. Ermənistan ona istiqamətlənən sülh təklifindan imtina etməməlidir. Əks təqdirdə, bu, beynəlxalq arenada daha bir dönüş nöqtəsi olacaq”-deyən A.Hüseynov vurğulayıb ki, Azərbaycan Qarabağ müharibəsindən sonrakı bir il ərzində öz mövqeyinə sadiqlik nümayiş etdirib, bütün humanitar normaların yüksək səviyyədə, ardıcıl şəkildə icrasını diqqət mərkəzində saxlayıb.

“Hərbi əməliyyatlar bitəndən sonra saxlanılan 100 nəfərdən çox erməni hərbi qulluqçunun, o cümlədən iki nəfərin bu görüş reallaşan gün səhər Ermənistan tərəfə təhvil verildiyi bildirilib. Prezident İlham Əliyev, eyni zamanda, yaralanmış hərbi qulluqçuya azərbaycanlı həkimlər tərəfindən tibbi yardım göstərildiyini, bir nəfər mülki şəxsin yolu azaraq Azərbaycan ərazisinə keçdiyini və ölkəmizin humanizm prinsipinin aliliyini əsas götürərək onları qarşı tərəfə təhvil verdiyini də diqqətə çatdırıb. Bir sözlə, Azərbaycan regionda sülhün, təhlükəsizliyin bərqərar olması üçün bütün vasitələrdən istifadə edib. Azərbaycan dəfələrlə rəsmi şəkildə respublikamızla Ermənistan arasında sərhədlərin təxirəsalınmaz delimitasiyasının vacibliyini bəyan edib. Qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq və gələcəkdə qonşu kimi yaşamağı təşviq etmək üçün Ermənistana sülh razılaşması üzərində işə başlamağı təklif edib”-deyən millət vəkili mətbuata açıqlamasında Azərbaycan-Rusiya münasibətlərinə də toxunaraq, bildirib ki, bu, strateji tərəfdaşlıq xarakteri daşıyır:

“İkitərəfli əlaqələrin inkişaf dinamikası olduqca müsbətdir. Tərəflər qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin yüksəldilməsində maraqlıdır. İqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrin inkişaf səviyyəsi uğurludur. Bunu mövcud statistika da təsdiq edir. Rusiya Azərbaycan üçün dost, strateji tərəfdaş olaraq, etimada əsaslanaraq ən həssas məsələlər barəsində ölkəmizin Ermənistan ilə ortaq fikrə gəlməyinə əlverişli şərait yaradır. Soçi görüşünün nəticələrinə əsaslanıb demək olar ki, hazırda Azərbaycanın Ermənistanla münasibətlərinin tənzimlənməsində Rusiya yüksək səviyyədə səy göstərir. Müharibədən ötən bir il ərzində savaşın fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələlərində Rusiya maksimal konstruktivlik nümayiş etdirir”.

Etikxeber.az

Read Previous

Nəşi 56 gündən sonra tapılan, evin tək və subay oğlu, ali təhsilli, 25 yaşında Şəhid olan İLKİN AĞAKİŞİYEVİN ANIM GÜNÜ-MƏZARI ZİYARƏT EDİLDİ, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Zəngəzur dəhlizi reallığa çevrilir: Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək və əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir