“Üçtərəfli sammit-Zirvə görüşü çox böyük və tarixi əhəmiyyət daşıyan hadisədir” – DEPUTAT

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin İrana işgüzar səfəri, İran və Rusiya prezidentləri ilə görüşləri və 3 dövlət başçısının üçtərəfli sammiti- Zirvə görüşü çox böyük və tarixi əhəmiyyət daşıyan hadisədir. Çünki Tehranda keçirilən görüşlərdə, xüsusilə,  ikinci Zirvə görüşündə  bir sıra geosiyasi və iqtisadi məsələlər müzakirə olundu, bir çox razılıqlar əldə edildi. Bunlar da nəticə etibarı ilə həm bu 3 ölkənin, həm də bütövlükdə dünyanın xeyrinə olan, inkişafa, qarşılıqlı anlaşmaya, sülhə və təhlükəsizliyə xidmət edən məqamlardır”.

Bu fikirləri Etikxeber.az-a açıqlamasında millət vəkili  Eldəniz Səlimov deyib.

SAAMMİT-4

Millət vəkilinin bildirdiyinə görə,  ölkə Prezidentinin də bəyan etdiyi kimi,  üçtərəfli sammit – Zirvə görüşü yüksək səviyyəli əməkdaşlığın perspektivlərinə müsbət təsir edəcək.

“Tehranda baş tutan görüşlər, ələlxüsus, Zirvə görüşü  hər üç ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd etdiyim kimi, bu görüşlərdə önəmli məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparıldı. Azərbaycanın gələcəkdə hər iki ölkə ilə logistik nəqliyyat dəhlizlərinin olması, dəniz vasitəsilə əlaqələrinin mövcudluğu iqtisadi baxımdan əhəmiyyətlidir. Görüşlərdə bu kimi mühüm məsələlər ətrafında danışıqlar aparıldı. Digər tərəfdən, Azərbaycan dünya bazarına karbohidrogen ehtiyatlarını çıxaran ölkələrdəndir. Bu baxımdan da, əməkdaşlığın müsbət nəticələri özünü göstərəcək”-deyən millət vəkili onu da bildirib ki,  Zirvə görüşündə “Şimal-Cənub” nəqliyyat dəhlizinin gələcəkdə hər üç ölkənin iqtisadiyyatında mühüm rol oynayacağı vurğulandı, bu dəhliz vasitəsilə yükdaşımaların həyata keçirilməsinin əhəmiyyətinə toxunuldu.

“Bu da onu göstərir ki, hər üç ölkə prezidentinin görüşü bu yöndə həm böyük təminat olacaq, həm də iqtisadi baxımdan çox sərfəli olacaq. Azərbaycan hər iki ölkə arasında quru sərhədinə malik olan bölgədə yerləşir. Burada ölkəmizin üstünlüyünün olması çox əhəmiyyətlidir. Çünki Azərbaycan gələcəkdə bir çox layihələrdə bu baxımdan önəmli rol oynayacaq” – deyə,  millət vəkili  sonra vurğulayıb.

İstər İran prezidentilə görüşdə, istərsə Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinə də toxunulduğunu bildirən millət vəkili bunu da çox önəmli məqam kimi dəyərləndirib.

SAMMit-3

“Möhtərəm Prezidentimiz həm İran prezidenti cənab Həsən Ruhani ilə , həm də üçtərəfli Zirvə görüşündə Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi apardı. “Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri dərhal icra edilir. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul edilmiş qətnamələr isə 20 ildən çoxdur ki, kağız üzərində qalır. Bu, ikili standartların göstəricisidir”-deyə, bəyan möhtərəm Prezidentimiz  bugünkü status-kvonun qəbuledilməz olduğunu və dəyişdirilməsinin vacibliyini vurğuladı. O, eyni zamanda “bizim qaçqın və köçkünlərimiz öz ata-baba torpaqlarına qayıtmalı və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir”-deyə, bəyan etdi. Bunlar çox mühüm məqamlardır. Məhz bunların nəticəsi olaraq da Qarabağ problemi görüşün yekun bəyannaməsində öz əksini tapdı. Hesab edirəm ki, bütün bunlar  Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə tənzimlənməsi prosesinə də öz müsbət töhfəsini verə bilər və verəcək”-deyə, E. Səlimov daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az 

Read Previous

Dövlət başçıları dünənki görüşün nəticələrindən kifayət qədər razı qaldılar – ƏLİ HƏSƏNOV

Read Next

Atatürk Olimpiya Stadionu 2020-ci ildə Çempionlar Liqasının final oyununu keçirməyə namizəddir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir