“Qarabağ”-“Fiorentina” görüşü başlayıb.
Etikxeber.az-ın məlumatına görə, görüşü xorvatiyalı hakimlər briqadası idarə edir. Oyunun baş hakimi İvan Bebekdir. Ona həmyerliləri Tomislav Petroviç və Miro Qrqiç kömək edirlər. Matçın köməkçi hakimləri Ante Vuçemiloviç-Şimunoviç və Qoran Qabrillodur. Dördüncü hakim funksiyasını isə Qoran Pataki yerinə yetirir.
Qarşılaşmanın UEFA nümayəndəsi Vasili Melniçuk (Ukrayna), hakim-inspektoru avstriyalı Maykl Zorattidir.
İtaliya təmsilçisi 10 xalla “J” qrupuna liderlik edir. Hesabında 7 xal olan “Qarabağ” və “PAOK” (Yunanıstan) müvafiq olaraq ikinci və üçüncü pillələrdə yer alıblar. Hesabında 4 xal olan “Slovan” (Çexiya) sonuncu yerdədir.
Hazırda PAOK Yunanıstanda “Slovan”ı qəbul edir.
***
Görüşün ikinci hissəsində “Fiorentina” istəyinə nail olub. Matçın 60-cı dəqiqəsində Matisa Vesino hesabı açıb. 73-cü dəqiqədə “Qarabağ”ın futbolçusu Reynaldo hesabı bərabərləşdirib. Üç dəqiqə sonra Federiko Kezo İtaliya klubunu yenidən hesabda önə çıxarıb. Beləliklə, görüş 2:1 hesabı ilə “Fiorentina”nın qələbəsi ilə yekunlaşıb.
Qrupun Yunanıstanda təşkil olunan digər oyununda yerli PAOK komandası Çexiyanın “Slovan” klubunu məğlub edib – 2:0.
İtaliya təmsilçisi 13 xalla “J” qrupunun lideri kimi onaltıdabir final mərhələsinə yüksəlib. Hesabında 10 xal olan POAK-da növbəti mərhələyə vəsiqəni təmin edib. “Qarabağ” 7 xalla qrupu üçüncü, “Slovan” isə 3 xalla dördüncü pillədə başa vurub. “Qarabağ” və “Slovan” Avropa Liqasında iştiraklarını dayandırıblar.
Etikxeber.az