UEFA Avropa Liqası: “Sevilya” – “Qarabağ” – 2:0 – YENİLƏNİB – (4)

UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin beşinci turu çərçivəsində keçirilən “Sevilya” – “Qarabağ” oyunu başlayıb.

Etikxeber.az  xəbər verir ki, Sevilya şəhərindəkı “Xuan Sançes Pisxuan” stadionunda keçirilən görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Asmir Beqoviç, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Rahil Məmmədov, Abbas Hüseynov, Miçel Madeyra, Riçard Almeyda, Qara Qarayev, Zubir və Xayme Romeo yer alıblar.

Meydan sahibi “Sevilya”nın heyətində isə meydana Yassin Bunu, Serxi Qomes, Daniel Karriço, 7. Runu Lopes, Munas Dabbur, Munir. Xavyer Ernandes, Alexandro Pozo, Nemanya Qudel, Serxio Eskudero və Oliver Torres çıxıblar.

Qarşılaşmanın idarə edilməsi İsveçdən olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Məhəmməd Əl-Hakimidir.

Xatırladaq ki, A qrupunun digər oyununda Lüksemburqun “Düdelanj” klubu öz meydanında Kiprin APOEL komandasını qəbul edir.

Qeyd edək ki, dörd turdan sonra aktivində 12 xal olan “Sevilya” qrupda birinci pillədə qərarlaşıb. Aktivində 4 xal olan APOEL və “Qarabağ” ikinci və üçüncü yerləri bölüşürlər.

“Düdelanj” isə üç xalla sonuncu – dördüncü yerdə qərarlaşıb.

***

“Sevilya” – “Qarabağ” oyunun birinci hissəsi başa çatıb.

Komandalar fasiləyə heç-heçə yollanıblar.

***

Oyunda ikinci hissə başlayıb.

Sevilyada keçirilən matçın ilk 45 dəqiqəsində qol vurulmayıb.

Hesab hələlik 0:0-dır.

***

 “Sevilya” (İspaniya) – “Qarabağ” (Azərbaycan) oyununda hesab açılıb.

Sevilyada keçirilən matçın 61-ci dəqiqəsində ev sahibləri fərqləniblər.

Rəqibin 18 yaşlı futbolçusu Brayan Gil Avropa Liqasında debüt oyununda komandasını hesabda önə çıxarıb – 1:0. 

***

Hesab yenidən dəyişib.

Ev sahibləri 2-ci topu vurublar

Hesab 2:0-a çatıb.

***

“Sevilya” (İspaniya) – “Qarabağ” (Azərbaycan) oyunu başa çatıb.

Oyun 2:0 hesabı ilə ev sahiblərinin xeyrinə qurtarıb.

Etikxeber.az

Read Previous

“MM-ə ölkənin savadlı, qabiliyyətli, ağıllı insanları seçilməlidir…” – YAP-ÇI DEPUTAT

Read Next

“Dərman vasitələrinin geri çağırılması Qaydası” – TƏSDİQ OLUNDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir