UEFA Avropa Liqasının ikinci finalçısı da-MÜƏYYƏNLƏŞDİ – YENİLƏNİB – (1)

Bu axşam UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start veriləcək.

Etikxeber.az  xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

İndiyədək turnirin ən çox (5 dəfə) qalibi olmuş İspaniyanın “Sevilya” klubu finala vəsiqə uğrunda İngiltərənin “Mançester Yunayted” klubu ilə qarşılaşacaq.

Almaniyanın Köln şəhərindəki “Reyn Energi” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Matçı almaniyalı FIFA referisi Feliks Brix idarə edəcək.

Vacib oyun öncəsi hər iki komandada itkilər var. “Sevilya”da Sebastyan Korşya zədə səbəbindən, Nemanya Qudel isə koronavirusa yoluxduğu üçün matçı buraxacaqlar. “Qırmızı şeytanlar”ın heyətində isə Fil Cons, Lyuk Şou və Aksel Tuanzebe oynamayacaqlar.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyunu sabah İtaliya “İnter”i ilə Ukrayna “Şaxtyor”u arasında olacaq.

18:30

***

UEFA Avropa Liqasının ilk yarımfinal oyunu keçirilib.

İlk oyun günündə bir qarşılaşma baş tutub.

İndiyədək turnirin ən çox (5 dəfə) qalibi olmuş İspaniyanın “Sevilya” klubu finala vəsiqə uğrunda İngiltərənin “Mançester Yunayted” klubu ilə qarşılaşıb.

Kölndəki “Reyn Energi” stadionunda baş tutan görüş “Sevilya”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. İspanların heyətində Suso, De Yonq, “Mançester Yunayted”də isə Bruno Fernandeş fərqləniblər.

Beləliklə, “Sevilya” tarixində 6-ci dəfə UEFA Avropa Liqasının finalında oynamaq hüququ qazanıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyunu bu gün İtaliya “İnter”i ilə Ukrayna “Şaxtyor”u arasında olacaq.

07:30, 17 avqust

***

UEFA Avropa Liqasının ikinci yarımfinal oyunu keçirilib.

Mərhələnin ikinci oyun günündə İtaliyanın “İnter” klubu Ukrayna təmsilçisi “Şaxtyor Donetsk”lə üz-üzə gəlib.

Düsendolfdakı “Merkur Spiel-Arena” stadionunda baş tutan görüş italyanlıların böyük hesablı qələbəsi ilə başa çatıb – 5:0.

“Neradzura”nın heyətində Lautaro Martines (2), Romelu Lukaku (2) və Danilo Dambrossio fərqləniblər.

Bu qələbə sayəsində “İnter” UEFA Avropa Liqasının finalında oynamaq hüququ qazanıb.

Mərhələnin həlledici görüşündə “İnter” İspaniyanın “Sevilya” klubu ilə qarşılaşacaq.

Görüş avqustun 21-də Köln şəhərində təşkil olunacaq.

Qeyd edək ki, “Sevilya” bu mövsüm “Qarabağ”la eyni qrupda mübarizə aparıb.

Etikxeber.az

Read Previous

Xüsusi karantin rejimində növbəti yumşalma-BU GÜNDƏN…

Read Next

“Məmurlar mənzil növbəsinə salınması üçün Şəhid ailəsindən maddi maraq güdmüşlər, hətta…”-DEPUTAT MƏSƏLƏNİ NƏZARƏTƏ GÖTÜRDÜ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir